...

Azərbaycandan Həcc ziyarətinə gedən zəvvarlar Suriyaya çatıblar

Cəmiyyət Materials 25 Noyabr 2008 15:21 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 noyabr / Trend , müxbir İ.Əlizadə/ Azərbaycandan Həcc ziyarətinə gedən zəvvarlar Suriya ərazisinə çatıblar. "Zəvvarları müşayiət edən Qafqaz Müsəlmanları İdarəsinin nümayəndələri ilə əlaqə saxlamışıq və onların verdkləri məlumata görə, yolda heç bir problemlə rastlaşmayıblar", - bu barədə çərşənbə axşamı Trend -a Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidmətindən məlumat verilib.

Trend -un arayışı: 2008-ci ildə Azərbaycana Həcc ziyarəti üçün 6000 nəfərlik kvota ayrılıb. QMİ-dən verilən məlumata görə, ayrılan yerlərin bir hissəsi boş qalıb.

Noyabrın 22-də 1700 nəfər zəvvar 44 avtobusla Həcc ziyarətinə yola düşüb.

Ötən illə müqayisədə, bu il Həcc ziyarətinə zəvvarların aparılması üzrə qiymətlərdə də artım var, zəvvarların təyyarə ilə aparılması 3500 manat, avtobuslarla aparılması isə 2050 manata başa gəlir.

QMİ-dən bildirilib ki, avtobuslarla Həcc ziyarətinə gedən zəvvarların səhhəti normaldır və hər hansı problem yaranmayıb.

"Bu gecə zəvvarları Həcc ziyarətinə aparan altı təyyardən sonuncusu yola düşəcək", - deyə məlumatda qeyd olunub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti