...

AFFA rəsmiləri Almaniyanın Nürnberq şəhəri Futbol Akademiyasında görüşlər keçiriblər

Cəmiyyət Materials 12 Dekabr 2008 17:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 dekabr/ Trend , müxbir R.Ergün/ Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) birinci vitse-prezidenti Rauf Əliyev və baş katibi Elxan Məmmədov Almaniyanın Nürnberq şəhərindəki Futbol Akademiyasının texniki direktoru Rayner Zieç və koordinatoru Martin Krahla görüşüblər. Bu barədə Trend - a AFFA-nın mətbuat xidməti məlumat verib.

AFFA rəsmiləri Almaniyaya səfər çərçivəsində, Nürnberqdəki Futbol Akademiyasının iş prinsipləri ilə tanış olub, infrastruktur və tədris sistemi ilə bağlı ətraflı məlumat alıblar.

AFFA-nın nümayəndələri gələcəkdə azərbaycanlı gənc futbolçuların Akademiyada təlim - məşq toplanışında iştirakını da müzakirə ediblər.

AFFA Almaniyanın "Ayntraxt" klubu ilə əməkdaşlıq edir. Futbol üzrə Azərbaycan yığma komandalarının texniki direktoru almaniyalı Bernhard Lippertdir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti