...

Azərbaycan diasporu növbəti beş il ərzində birincilər sırasında olacaq – Dövlət Komitəsinin rəhbəri

Cəmiyyət Materials 18 Dekabr 2008 15:23 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 dekabr/ Trend , müxbir C.Babayeva/ Növbəti beş il ərzində Azərbaycanın diasporu digər ölkələrin diaspor təşkilatlarının birinci sırasına çıxacaq, - Diaspora ilə İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov cümə axşamı jurnalistlərə bildirib.

"Artıq bu istiqamətdə ilk müsbət məqamlar görünür", - o deyib.

Onun sözlərinə görə, Dünya Azərbaycanlıları Koordinasiya Şurasında qəbul ediləcək Azərbaycanlıların Həmrəylik Xartiyası diaspor təşkilatlarının birliyini gücləndirəcək və sənəddə ümumi fəaliyyət istiqamətləri əks olunacaq.

"Xartiya vacib və strateji sənəd olacaq. Sənəddə Azərbaycan diasporununn təmsil olunduğu ölkədə ictimai-siyasi həyata təsir etmə yolları qeyd olunacaq", - o qeyd edib.

Xartiyanın bu gün keçirilən iclasda qəbul ediləcəyi gözlənilir, - İbrahimov xəbər verib. Gələn ilin yazında bəzi düzəlişlər edilmiş sənəd qəbul ediləcək və diaspor təşkilatlarına təqdim olunacaq.

Bu gün Bakıda "Azərbaycan - Şərqə qapı" mövzusunda tədbirlər çərçivəsində Dünya Azərbaycanlıları Koordinasiya Şurasının iclası keçirilir.  Tədbirlər hər il dekabrın 31-də qeyd olunan Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunub.

Koordinasiya Şurası dünya azərbaycanlılarının 2001-ci il noyabrın 9- 10 - da keçirilmiş I qurultayında yaradılıb və tərkibinə 45-i xaricdə yaşayan 109 üzv daxildir.

İclasda Dünya Azərbaycanlılarının II qurultayından ötən vaxt ərzində fəaliyyətə yekun vurulacaq və gələcək hədəflər nəzərdən keçiriləcək.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti