...

Azərbaycanın birinci xanımının uşaqlara göstərdiyi qayğı cəmiyyətə göstərdiyi qayğıdır – deputat Fəttah Heydərov (video)

Cəmiyyət Materials 29 Dekabr 2008 14:46 (UTC +04:00)
Azərbaycanın birinci xanımının uşaqlara göstərdiyi qayğı cəmiyyətə göstərdiyi qayğıdır – deputat Fəttah Heydərov (video)

Azərbaycan, Bakı, 29 dekabr / Trend , müxbir S.Kazımlı/ Heydər Əliyev Fondunun uşaqlara qayğı göstərməsi, onların həyatını, durumunu həmişə diqqətdə saxlaması çox təqdirəlayiqdir,-  bu barədə bazar ertəsi Trend -a Milli Məclisin üzvü Fəttah Heydərov deyib.

"Heydər Əliyev Fondunun prezidenti, bir neçə beynəlxalq təşkilatların təmsilçisi Mehriban Əliyeva həmişə uşaqlara, onların durumuna, Azərbaycan uşaqlarının cəmiyyətdə tərbiyəsi və  böyüməsi məsələlərinə çox böyük diqqət göstərir"- deyə Heydərov bildirib.

Trend -un arayışı: Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO- nun xoşməramlı səfiri, millət vəkili, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva uşaq hüquqlarının müdafiəsi istiqamətində gördüyü işlərə görə, "2008-ci  ilin adamı" mükafatına layiq görülüb.

Uşaq hüquqlarının müdafiəsi, onların sosial problemlərinin həlli, uşaqların Avropaya inteqrasiyası istiqamətində gördüyü böyük işlərə görə, "Gənc Liderlər" Uşaq Təşkilatı Azərbaycanın birinci xanımını "Ilin Adamı" elan edib.

Mehriban Əliyeva "Gənc Liderlər" Uşaq Təşkilatının 2008-ci ilin yekunalrı ilə bağlı uşaqlar arasında aparılan sorğunun nəticəsində bu ada layiq görülüb, - deyə təşkilatın sədri Fərid Şahbazov bazar ertəsi Trend Xəbərlər Şirkətinin mətbuat konfrans salonunda keçirilən tədbirdə məlumat verib.

Heydərovun sözlərinə görə, uşaq bağçalarının, məktəblərin tikintisi, onların təminatı və təmiri Heydər Əliyev Fondunu və Fondun prezidenti Mehriban Əliyevanı həmişə düşündürür.

"Bu fəaliyyət göz qabağındadır. Azərbaycanın ən ucqar yerlərində də həmin qayğının təzahürlərini görürük. Bu, çox böyük diqqətdir. Çünki uşaqlar bizim gələcəyimizdir", - deyə o, bildirib.

Heydərov deyib ki, ölkənin birinci xanımının bütün fəaliyyəti ilə yanaşı, uşaqlara göstərdiyi qayğı cəmiyyətə göstərdiyi qayğıdır. O, qeyd edib ki, bu qayğı Azərbaycan cəmiyyətinin gələcəyinə göstərilən qayğıdır.

"Cəmiyyətdə uşaqlara qayğı, onların diqqətdə olması cəmiyyətin sivilizasiya dərəcəsini göstərir. Ulu öndər Heydər Əliyev gərgin iş proqramı ilə bərabər, vaxt tapıb uşaqlara qayğı, diqqət yetirirdi",- deyə Heydərov əlavə edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti