...

Azərbaycanın şimalında dindarların İsrailə qarşı keçirmək istədikləri piketin qarşısı alınıb

Cəmiyyət Materials 16 Yanvar 2009 20:53 (UTC +04:00)

Azərbaycan, Xaçmaz 16 yanvar / Trend , müxbir A.Qafarov/ Azərbaycanın şimalında yerləşən Quba rayonunda cümə günü bir qrup dindarın İsrail ordusunun Qəzzə Zolağında apardığı hərbi əməliyyatlara etiraz olaraq keçirmək istədikləri piketin qarşısı alınıb.

Trend -un bölgə müxbirinin məlumatına görə,  cümə günü günorta saatlarından sonra 30 - 40 dindar Qubanın Mərkəzi Meydanında İsrailə qarşı icazəsiz etiraz aksiyası keçirməyə cəhd edib. Piket icazəsiz olduğundan, polislər tərəfindən dağıdılıb.

1200 nəfər İsrailin Qəzzəyə hücumlarının qurbanı olub. Onların arasında 322 uşaq və 76 qadın var. Yaralıların sayı təxminən 5000 nəfərdir", - BBC-nin saytı fələstinli həkimlərə istinadən xəbər verib.

İsrail tərəfinin itkiləri 14 nəfər təşkil edib. Onların 4-ü dinc sakindir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]          

Xəbər lenti

Xəbər lenti