...

Azərbaycan futbolçuları beynəlxalq turnirdə iştirak edəcəklər

Cəmiyyət Materials 10 Fevral 2009 10:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 fevral / Trend , müxbir R.Ergün/ Azərbaycanın 11-12 yaşlı futbolçulardan ibarət yığma komandası Braziliyada təşkil olunacaq "Danone Beynəlxalq Kuboku" turnirində iştirak edəcək. Bu barədə çərşənbə axşamı Trend -a Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) mətbuat xidməti məlumat verib.

"Danone Beynəlxalq Kuboku" turnirində iştirak edəcək futbolçuları seçmək məqsədi ilə Azərbaycan Regional Futbol Federasiyaları tərəfindən 11-12 yaşlı uşaqlar arasında secmə mərhələ oyunları keçiriləcək. Bu mərhələnin qalibi olanlar "Danone Beynəlxalq Kuboku"nda Azərbaycanı təmsil etmək imkanı qazanacaqlar.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti