...

Rusiyanın futbol yığması Azərbaycanla oyuna "Lujniki" stadionunda hazırlaşacaq

Cəmiyyət Materials 16 Fevral 2009 17:17 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 fevral / Trend , müxbir R.Ergün/ DÇ 2010-un seçmə mərhələsi çərçivəsində Azərbaycanın futbol üzrə yığma komandası ilə oynayacaq Rusiya millisi martın 23-də təlim-məşq toplanışına başlayacaq. Bu barədə Trend -a Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) mətbuat xidməti məlumat verib.

Azərbaycanla Rusiya yığmaları arasında oyun bu il, martın 28-də Moskvadakı "Lujniki" stadionunda keçiriləcək.

Rusiya komandası təlim-məşq toplanışı çərçivəsində məşqlərini "Lujniki" stadionunda keçirəcək.

Azərbaycan yığmasının Rusiya ilə oyundan əvvəl Almaniyada hazırlıq keçəcəyi gözlənilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti