...

Bakıda cəzaçəkmə müəssisəsinə narkotik vasitənin keçirilməsi cəhdinin qarşısı alınıb

Cəmiyyət Materials 19 Fevral 2009 19:23 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 fevral / Trend , müxbir C.Babayeva/ Bakıdakı həbsxanaların birində saxlanılan məhkuma narkotik maddə keçirmək istəyən Masallı rayon sakini tutulub, - Ədliyyə Nazirliyi Pentensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən cümə axşamı Trend -a məlumat verilib.

Cümə axşamı saat 13:00 radələrində Pentensiar xidmətin 1 saylı cəzaçəkmə müəssisəsində saxlanılan 1982-ci il təvəllüdlü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1; 126.1; 66.3; 67; 317.2.1 maddələri ilə təqsirli bilinərək 9 il 4 ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum Səttarov Şaiq Teyyub oğluna qaynı - 1979-cü il təvəllüdlü, Masallı rayonu Mahmudavar kənd sakini Əbilov Ruslan Rədahir oğlu tərəfindən gətirilmiş sovqata baxış keçirilərkən, çəkisi 5 kq olan qablaşdırılmış pomidor turşusunun içindən ağ selofana bükülərək gizlədilmiş, ümumi çəkisi 4.556 qram olan narkotik vasitə -  heroin aşkar edilərək götürülüb.

Faktla bağlı müəssisənin əməliyyat şöbəsində araşdırma aparılır.  

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti