...

Xocalı soyqırımının ildönümü Stokholmda etiraz aksiyası ilə yad edilib

Cəmiyyət Materials 25 Fevral 2009 16:45 (UTC +04:00)

Azərbaycan, Bərdə, 25 fevral / Trend , müxbir C.Babayeva / İsveçin paytaxtı Stokholmdakı "Sergelstorg" meydanında ölkədəki Azərbaycan diaspor təşkilatları Xocalı soyqrımının 17-cı ildönümünə həsr olunmuş etiraz aksiyası keçiriblər.

Etiraz aksiyasında "Qarabağ", "Azərbaycan Naminə", "Prometey", "Odlar Yurdu", "Ərk", "Azərbaycan Federasiyası - İsveç" və digər təşkilatlar iştirak ediblər, - çərşənbə günü Diaosporla İş üzrə Dövlət Komitəsinin yaydığı məlumatda bildirilib.

Aksiya zamanı Ermənistan hərbi birləşmələrinin Xocalıda törətdiyi vəhşiliklər barədə hazırlanmış bilgi vərəqələri paylanıb. Sonda soyqırım aktını pisləyən qətnamə qəbul edilib və sənəd beynəlxalq insan hüquqları təşkilatlarına göndərilib.

Trend -un arayışı: 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri tərəfindən yeddi min əhalisi olan Xocalı şəhərində soyqırım aktı həyata keçirilib. Əhalinin xeyli hissəsi 4 aydan artıq zaman ərzində mühasirədə olduğundan Ermənistan hərbi birləşmələrinin şəhərə hücumu zamanı burada yalnız üç minə yaxın insan qalmışdı. Xocalı soyqırımı zamanı 613 nəfər ödürülüb, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil olub. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürülüb. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 nəfər valideynlərindən birini itirib. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürülüb, onlardan 150 nəfərin taleyi indi də məlum deyil.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti