...

Azərbaycanda vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün aprelin 25-də imtahan keçiriləcək

Cəmiyyət Materials 1 Aprel 2009 13:15 (UTC +04:00)

Azərbaycan, Bakı, 01 aprel / Trend , müxbir K.Zərbalıyeva /

Azərbaycanda 663 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün aprelin 25-də test imtahanları keçiriləcək.

Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Dövlət Komissiyasından çərşənbə günü Trend -a verilən məlumata görə, vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün sənəd qəbulunun müddəti aprelin 1-də başa çatmalı idi. Lakin vətəndaşların çoxsaylı müraciətlərini nəzərə alaraq müddət aprelin 9-dək uzadılıb.

19 dövlət orqanında müsahibəyə təqdim edilmiş 250 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün sənəd qəbulu isə bu gün başa çatır.

Həm müsahibəyə, həm də müsabiqəyə sənəd qəbulu martın 6-da başlayıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti