...

Azərbaycanın güllə atıcısı beynəlxalq turnirdə medal qazanıb

Cəmiyyət Materials 1 May 2009 15:46 (UTC +04:00)

Azərbaycan, Bakı, 01 may / Trend , müxbir A.Hüseynbala /

Azərbaycanın güllə atıcısı Ruslan Lunyov Almaniyanın Hannover şəhərində keçirilən beynəlxalq turnirdə daha bir medal qazanıb.

Trend -un məlumatına görə, 20 yaşlı idmançımız 10 metrlik məsafədən pnevmatik tapança ilə atəşaçma yarışında fərqlənib.

Ümumilikdə 661,5 xal (564+97,5) toplayan Ruslan fəxri kürsünün üçüncü pilləsinə qalxıb. 12 güllə atıcısının qatıldığı yarışda qızıl medala isveçli Conni Elmquist (665,2 xal) sahib çıxıb.

Bir gün əvvəl isə Lunyov Hannover turnirində 50 metrlik məsafədən kiçikçaplı atəşaçmada 1-ci yeri tutmuşdu.

Mayın 3-dək davam edəcək yarışda Afina Olimpiadasının bürünc medalçısı, yığmamızın oynayan-məşqçisi İradə Aşumova, eləcə də Nigar Bağırova qüvvəsini sınayacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti