...

"Xəzər Lənkəran"ın məşqçi korpusunun istefası ilə bağlı tələblərin məqsədi fanatlarla rəhbərlik arasına nifaq salmaqdır - klubun fəxri prezidenti

Cəmiyyət Materials 6 May 2009 23:46 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 may / Trend / Son günlər bəzi qrupların klubun rəhbərliyi ilə məşqçiləri istefaya göndərmək kimi tələblərin məqsədi fanatlarımızla rəhbərlik arasına nifaq salmaqdır. Belə bir bəyanatla İstanbuldan Palmali Şirkətlər Qrupunun prezidenti, ''Xəzər Lənkəran'' futbol klubunun fəxri prezidenti Mübariz Mənsimov çıxış edib. Bu haqda klubun rəsmi saytında yerləşdirilən məlumatda bildirilir.

Mənsimovun sözlərinə görə, əgər bu kluba Mənsimovlar ailəsindən daha çox iş görə biləcək adamlar varsa, onlar öz yerlərinin tərəddüd etmədən həmin insanlara buraxmağa hazırdırlar.
"Mənsimovların ''Xəzər Lənkəran''dan ayrılması qərarını da mən əziz tərəfdarlarımıza buraxıram" - deyə məlumatda vurğulanır.

Mənsimov həmçinin klubda guya baş verən maliyyə maxinasiyalar məsələsinə də toxunub: "Maliyyə maxinasiyaları haqda söz-söhbətləri əsassız sayıram. Onların iftira kampaniyasının bir hissəsi olduğuna inanıram".




 

Xəbər lenti

Xəbər lenti