Azərbaycan və Özbəkistan gəncləri əməkdaşlıq planlarını müzakirə ediblər

Cəmiyyət Materials 1 İyul 2009 12:48 (UTC +04:00)

Azərbaycan, Bakı, 01 iyul  / Trend , müxbir C.Babayeva /

Azərbaycan və Özbəkistan gəncləri Bakıda əməkdaşlıq planlarını müzakirə ediblər.

Azərbaycanın "İrəli" İctimai Birliyinin mərkəzi qərargahında çərşənbə günü Özbəkistan gənclərinin "Kamolot" ictimai hərəkatının nümayəndələri ilə görüş keçirilib. Görüşdə Gənclər və İdman Nazirliyinin nümayəndələri də iştirak ediblər.   

Görüşdə gənclər siyasəti sahəsindəki birgə və qarşılıqlı əməkdaşlığa dair planlar və layihələr müzakirə olunub. "Kamolot" ictimai hərəkatının nümayəndələri "İrəli" İctimai Birliyi ilə birgə gənclər üçün düşərgələrin təşkil edilməsi haqqında təkliflər irəli sürüblər, "İrəli" İB-nin yaydığı məlumatda bildirilib.

"Kamolot" ictimai hərəkatının nümayəndələri bildiriblər ki, "İrəli"nin işçi strukturunu öz təşkilatlarında örnək model kimi istifadə edə bilərlər.

Trend -un arayışı: "İrəli" İctimai Birliyi üç ildən artıq fəaliyyət göstərmiş eyniadlı Ümumrespublika Gənclər Hərəkatının bazasında yaradılıb. Birliyin sıraları altı min nəfərdən çoxdur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti