...

Azərbaycanda Gömrük qanunvericiliyi sahəsində kitab nəşr olunub

Cəmiyyət Materials 6 İyul 2009 14:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 06 iyul / Trend , müxbir Ü.İsmayılova /

Azərbaycanda Gömrük qanunvericiliyi sahəsində kitab nəşr olunub. Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən bazar ertəsi Trend -a verilən məlumata görə, kitabın nəşri üç cilddə nəzərdə tutulub.

İlk dəfə olaraq Azərbaycanda gömrük işini nizama salan və tənzimləyən və 1992-ci ildən 2008-ci ilin cari dövrünədək qəbul olunmuş müvafiq normativ hüquqi aktların sistemləşdirildiyi kitabın birinci və ikinci cildlərində Gömrük Məcəlləsi, qanunlar, ölkə prezidentinin fərman və sərəncamları, Nazirlər Kabinetinin qərarları, onlara əlavə və dəyişikliklər toplanıb.

Kitab Prezidentin 1 fevral 2007-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası gömrük sisteminin 2007-2011-ci illərdə inkişafına dair Dövlət Proqramı"na əsasən hazırlanıb.

 Gömrük qanunvericiliyi Azərbaycan Respublikasında gömrük işinin hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyən etməklə Azərbaycan dövlətinin iqtisadi və milli təhlükəsizliyinin qorunmasına, gömrük işi sahəsində şəxslərin hüquqlarının müdafiə olunmasına və eləcə də onların öz vəzifələrinin yerinə yetirilməsinə yönəlib.

 
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti