...

Azərbaycanın QHT-lərə Dövlət Dəstəyi Şurası və BMT müştərək layihə maliyyələşdirəcəklər

Cəmiyyət Materials 24 İyul 2009 17:40 (UTC +04:00)
Layihə çərçivəsində üç mövzuda - "QHT-lərin idarə edilməsi", "Layihələrin yazılması və həyata keçirilməsi" və "QHT-lərdə mühasibat uçotunun aparılması" mövzularında təlim materialları hazırlanacaq və həmin mövzular üzrə təlim keçirilməsi üçün təlimçi komandası formalaşdırılacaq.
Azərbaycanın QHT-lərə Dövlət Dəstəyi Şurası və BMT müştərək layihə maliyyələşdirəcəklər

Azərbaycan, Bakı, 24 iyul / Trend , müxbir C.Babayeva /

Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və BMT-nin İnkişaf Proqramı (UNDP) müştərək layihə maliyyələşdirəcəklər. Layihənin həyata keçirlməsinə Şura 30 min, BMT-nin İnkişaf Proqramı isə 50 min ABŞ dolları sərf edəcək. Bu barədə cümə günü QHT-lərə Dövlət Dəstəyi Şurasının yaydığı məlumatda bildirilib.

Layihə çərçivəsində üç mövzuda - "QHT-lərin idarə edilməsi", "Layihələrin yazılması və həyata keçirilməsi" və "QHT-lərdə mühasibat uçotunun aparılması" mövzularında təlim materialları hazırlanacaq və həmin mövzular üzrə təlim keçirilməsi üçün təlimçi komandası formalaşdırılacaq. Bu təlimçilər vasitəsilə yerli QHT rəhbərləri və üzvlərinin maarifləndirilməsi, bilik və bacarıqlarının artırılması nəzərdə tutulur.

Layihə QHT-lərə Dövlət Dəstəyi Şurası və UNDP rəhbərliyi tərəfindən yaxın günlərdə imzalanacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti