...

İran həbsxanalarında cəza çəkən məhbusların 43 faizi narkotiklərlə bağlı cinayətlərdə təqsirli bilinir

Cəmiyyət Materials 31 İyul 2009 12:15 (UTC +04:00)
İran baş prokurorunun müavini Hüseyn Zebhi bildirib ki, ölkədə narkotik maddələrin, xüsusilədə daha təhlükəli narkotik vasitələrin istifadəsi artıb. Onun sözlərinə görə, ölkə həbsxanalarında yatan məhbusların orta hesabla 43 faizdən çoxu narkotika cinayətləri ilə bağlıdır. Trend News MEHR xəbər agentliyinə istinadən məlumat verir.
İran həbsxanalarında cəza çəkən məhbusların 43 faizi narkotiklərlə bağlı cinayətlərdə təqsirli bilinir

İran həbsxanalarında cəza çəkən məhbusların 43 faizi narkotiklərlə bağlı cinayətlərdə təqsirli bilinir

İran baş prokurorunun müavini Hüseyn Zebhi bildirib ki, ölkədə narkotik maddələrin, xüsusilədə daha təhlükəli narkotik vasitələrin istifadəsi artıb. Onun sözlərinə görə, ölkə həbsxanalarında yatan məhbusların orta hesabla 43 faizdən çoxu narkotika cinayətləri ilə bağlıdır. Trend MEHR xəbər agentliyinə istinadən məlumat verir.

Zebhinin sözlərinə görə, bu rəqəm İranın bəzi əyalətlərində 65 faizə çatır.

İranın Narkotiklərlə Mübarizə Təşkilatının statistikasına əsasən, hazırda 1 milyon 500 min narkotik istifadəçisi mövcuddur. Onlardan 700 min nəfəri daimi şəkildə narkotikdən istifadə edir, qalanı isə həvəskar istifadəçidir.

Zebhi əlavə edib ki, İranın şərq sərhədlərində, xüsusilə Əfqanıstanın işğalından sonra narkotik istehsalı iki-üç dəfə artıb. O qeyd edib ki, əgər sərhədlərin mühafizəsi gücləndirilməsə, vəziyyət bu günkündən də ağır ola bilər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti