...

Bakının orta məktəblərində yoxlamalara başlanılıb - Təhsil İdarəsi

Cəmiyyət Materials 2 Sentyabr 2009 15:50 (UTC +04:00)
"Bakı Şəhər Təhsil İdarəsinin əməkdaşları paytaxtın ümumtəhsil məktəblərinin yeni dərs ilinə hazırlığını öyrənmək məqsədi ilə yoxlamalar aparır. Yoxlamalar idarə rəhbərliyinin tapşırığı ilə həyata keçirilir", - çərşənbə günü Trend News-a Bakı Şəhər Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Zəminə Əliqızı bildirib.
Bakının orta məktəblərində yoxlamalara başlanılıb - Təhsil İdarəsi

Azərbaycan, Bakı, 02 sentyabr / Trend , müxbir C.Babayeva /

Yeni 2009-2010-cu tədris ili öncəsi Bakının orta məktəblərində yoxlamalar aparılır.

"Bakı Şəhər Təhsil İdarəsinin əməkdaşları paytaxtın ümumtəhsil məktəblərinin yeni dərs ilinə hazırlığını öyrənmək məqsədi ilə yoxlamalar aparır. Yoxlamalar idarə rəhbərliyinin tapşırığı ilə həyata keçirilir", - çərşənbə günü Trend -a Bakı Şəhər Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Zəminə Əliqızı bildirib.

Trend -un arayışı: Azərbaycanda yeni tədris ili sentyabrın 15-də başlayır. Bakı Şəhər Təhsil İdarəsinin nəzdində 326 ümumtəhsil məktəbi və 302 məktəbəqədər müəssisə var. Ümumtəhsil məktəbləri 360 minə yaxın şagird və 33 400-ə yaxın müəllim heyətini əhatə edir.

Əliqızının sözlərinə görə, "donuz qripi" ilə bağlı müəyyən narahatçılıq olsa da, hələ ki, orta məktəblərdə və bağçalarda ciddi profilaktik tədbirlərə ehtiyac yoxdur. "Lakin dərs ili başlanandan sonra şagirdlər arasında maarifləndirmə işlərinə başlanacaq. Hər hansı qeyri-hökumət və ya beynəlxalq təşkilat bu istiqamətdə maarifləndirmə işləri aparmaq istəsə, idarə onlar üçün şərait yaradacaq. "Quş qripi" təhlükəsi yarananda da, beynəlxalq təşkilatlardan biri əyani vəsaitlər hazırlayıb, bir neçə məktəbdə maarifləndirmə işləri həyata keçirmişdi", - Əliqızı deyib.

Əliqızının sözlərinə görə, bütün hallarda şagirdlərin və bağça uşaqlarının sağlamlığı, gigiyena və sanitariya qaydaları Bakı Şəhər Təhsil İdarəsinin nəzarətində olan bir nömrəli məsələlərdən biridir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti