...

Azərbaycanda məhkum uşaqlar arasında ilk tibbi yardım göstərilməsi üzrə yarış keçirilib

Cəmiyyət Materials 12 Sentyabr 2009 13:40 (UTC +04:00)
Ombudsman Aparatının mətbuat xidmətindən şənbə günü Trend News-a verilən məlumata görə, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin yetkinlik yaşına çatmayanlar üçün tərbiyə müəssisəsində Qızıl Aypara Cəmiyyətinin dəstəyi ilə keçirilən yarışda Uşaqdan-Uşağa Sülh Şəbəkəsinin, SOS Uşaq Kəndlərinin və azyaşlı məhkumların komandaları qüvvələrini sınayıb, ilk tibbi yardım göstərilməsi ilə bağlı qazandıqları vərdişləri, bilik və bacarıqlarını nümayiş etdiriblər.
Azərbaycanda məhkum uşaqlar arasında ilk tibbi yardım göstərilməsi üzrə yarış keçirilib

Azərbaycan, Bakı,12 sentyabr / Trend , müxbir K.Zərbalıyeva /

Azərbaycanda məhkum uşaqlar arasında ilk tibbi yardım göstərilməsi üzrə yarış keçirilib.

Ombudsman Aparatının mətbuat xidmətindən şənbə günü Trend -a verilən məlumata görə, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin yetkinlik yaşına çatmayanlar üçün tərbiyə müəssisəsində Qızıl Aypara Cəmiyyətinin dəstəyi ilə keçirilən yarışda Uşaqdan-Uşağa Sülh Şəbəkəsinin, SOS Uşaq Kəndlərinin və azyaşlı məhkumların komandaları qüvvələrini sınayıb, ilk tibbi yardım göstərilməsi ilə bağlı qazandıqları vərdişləri, bilik və bacarıqlarını nümayiş etdiriblər.

Ombudsman Aparatının əməkdaşlarının da daxil olduğu münsiflər heyəti qalibləri mükafatlandırıb.

Yarışın açılış mərasimində Penitensiar Xidmətin, Ombudsman Aparatının, Qızıl Aypara Cəmiyyətinin, Azərbaycan Qadın və İnkişaf Mərkəzinin, "El" İnkişaf Proqramları Mərkəzinin, bu cəzaçəkmə müəssisəsində yaradılmış Himayəçilik Şurasının nümayəndələri və valideynlər iştirak ediblər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti