Azərbaycan, Bakı, 15 sentyabr / Trend , müxbir T.Cəfərov /
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə Həcc ziyarəti üçün Azərbaycana verilən limitin dolmadığını deyib.
"Azərbaycandan 2500 zəvvarın Həcc ziyarətinə aparılması üçün pul ödənilib. Bunların 300-ü avtobusla, qalanı isə təyyarə ilə aparılacaq. Ancaq hələ bu qədər limit də dolmayıb. Cəmi 500-ə yaxın şəxs Həcc ziyarətinə getmək üçün müraciət edib", - Trend -un məlumatına görə, çərşənbə axşamı jurnalistlərə Paşazadə deyib.
Dünyada yayılan "donuz qripi" təhlükəsi il bağlı və maliyyə böhranı səbəbindən, Azərbaycandan Həcc ziyarətinə gedən zəvvarların sayı azalıb. Həcc ziyarəti üçün Azərbaycana ayrılan maksimum limit isə 8500 nəfərlikdir.
Paşazadə deyib ki, o, öz hesabına limiti 11 000 nəfərə qədər artıra bilər.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]