...

Azərbaycanda bankların birindən 14 nəfərin adına pul götürən şəxs məhkəmə zalından azad edilib

Cəmiyyət Materials 6 Oktyabr 2009 14:06 (UTC +04:00)
“Muğan Bank”dan 14 vətəndaşın adına küllü miqdarda pul götürərək, mənimsəməkdə ittiham olunan Bakı şəhər sakinin məhkəməsi başa çatıb.
Azərbaycanda bankların birindən 14 nəfərin adına pul götürən şəxs məhkəmə zalından azad edilib

Azərbaycan, Bakı, 06 oktyabr / Trend , müxbir H.Bağırov/

"Muğan Bank"dan 14 vətəndaşın adına küllü miqdarda pul götürərək, mənimsəməkdə ittiham olunan Bakı şəhər sakinin məhkəməsi başa çatıb.

Trend -un məlumatına görə, çərşənbə axşamı Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Cinayət Məcəlləsinin külli miqdarda ziyan vurmaqla dələduzluq etmək (178.3.2) maddəsi ilə təqsirli bilinən Şakir Əmirov 7 il müddətinə şərti cəza alaraq, məhkəmə zalından azad edilib.

Əmirov 2008-ci ilin fevral və aprel ayları ərzində Bakı şəhər sakinləri Mübariz Hüseynov, Gülbəniz Quliyeva, Fərhad Aslanov, Münəvvər Əliyeva, Vaqif Məmmədzadə, Təranə Vəliyeva, Şamama Həsənova, Nigar Babayeva, Həsənağa İbrahimov, Kamran Məmmədov, Taleh Təhməzov, Gündüz İmanov, Ceyhun Hüseynov və Almaz Əbdülrəhmanovanın adlarına "Muğan Bank" ASC-nin Binəqədi filialından kredit götürüb.

Bununla bağlı hüquq-mühafizə orqanlarında aparılan araşdırmalar nəticəsində məlum olub ki, Əmirov bankdan götürdüyü həmin pulları mənimsəyib. Ötən il aprelin 21-də Əmirov həbs edilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti