...

İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə silah gətirməkdə ittiham olunan mütəşəkkil dəstə üzvlərinin məhkəməsi başlayıb

Cəmiyyət Materials 7 Oktyabr 2009 16:08 (UTC +04:00)
Trend News-un məlumatına görə, Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Tahir Əsədullayev, Musa Hacıyev, Anar Heydərov, Asif Pirəliyev, Rəşad Aslanov, Rəşad Şükürov, Araz Şükürov, Vüqar İsayev, Elnur Şükürovun cinayət işi üzrə məhkəmə baxışı keçirilib. Prosesdə ifadə verən təqsirləndirilən şəxslər elan edilmiş ittiham üzrə özlərini qismən təqsirli biliblər.
İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə silah gətirməkdə ittiham olunan mütəşəkkil dəstə üzvlərinin məhkəməsi başlayıb

Azərbaycan, Bakı, 07 oktyabr / Trend , müxbir H.Bağırov/

İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə silah gətirməkdə ittiham olunan mütəşəkkil dəstə üzvlərinin məhkəməsi başlayıb.

Trend -un məlumatına görə, Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Tahir Əsədullayev, Musa Hacıyev, Anar Heydərov, Asif Pirəliyev, Rəşad Aslanov, Rəşad Şükürov, Araz Şükürov, Vüqar İsayev, Elnur Şükürovun cinayət işi üzrə məhkəmə baxışı keçirilib. Prosesdə ifadə verən təqsirləndirilən şəxslər elan edilmiş ittiham üzrə özlərini qismən təqsirli biliblər.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq (206.3.2), qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə (228.1, 228.2.1 və 228.2.2, ) maddələri ilə ittiham olunurlar.

Onlar bu ilin martında Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində tutulublar. Dəstə üzvlərindən 2 ədəd "TT" və "Makarov" markalı tapança, onların daraqları aşkar edilərək götürülüb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti