...

Şərqşünas alim Aida İmanquliyevanın anadan olmasının 70 illiyi münasibətilə gənc alimlər arasında elan olunan müsabiqə başa çatıb

Cəmiyyət Materials 8 Oktyabr 2009 13:05 (UTC +04:00)
Şərqşünas alim, professor, filologiya elmləri doktoru Aida İmanquliyevanın anadan olmasının 70 illiyi münasibətilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin AMEA-nın Şərqşünaslıq İnstitutu ilə birgə ərəb filologiyası sahəsində bağlı gənc alimlər arasında ən yaxşı elmi tədqiqat əsəri üçün elan etdiyi müsabiqə başa çatıb.
Şərqşünas alim Aida İmanquliyevanın anadan olmasının 70 illiyi münasibətilə gənc alimlər arasında elan olunan müsabiqə başa çatıb

Azərbaycan, Bakı, 08 oktyabr / Trend , müxbir K.Zərbalıyeva/

Şərqşünas alim, professor, filologiya elmləri doktoru Aida İmanquliyevanın anadan olmasının 70 illiyi münasibətilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin AMEA-nın Şərqşünaslıq İnstitutu ilə birgə ərəb filologiyası sahəsində gənc alimlər arasında ən yaxşı elmi tədqiqat əsəri üçün elan etdiyi müsabiqə başa çatıb.

Trend -un məlumatına görə, Şərqşünaslıq İnstitutunun rektoru Gövhər Baxşaliyeva Imanquliyevanın 70 illiyi münasibətilə keçirilən konfransdakı çıxışında bildirib ki, müsabiqəyə 15 əsər təqdim olunub. Həmin əsərlərdən 3-ü qalib seçilib. Bu əsərlər əsasən gənc alimlərin dissertasiya işləri, diplom işləri, məqalələri və kitablarıdır.

O bildirib ki, müsabiqənin keçirilməsi Aida xanımın xatirəsinə, onun şərqşünaslıq elmindəki və Azərbaycan ictimai-fikrindəki roluna ehtiramdır. Eyni zamanda, bu tədbir gənc alimləri gələcəkdə daha ciddi elmi tədqiqatlar aparmağa təşviq edir. Bu tədbirin gənc nəslin elmə, alimə hörmət ruhunda tərbiyələndirilməsində rolu əvəzsizdir.

"Aida xanım elmdə silinməz iz qoyub. Onun yaradıcılığı çoxşaxəlidir. Onun yaradıcılığının ana xəttini mühacirət etmiş ərəb şair və yazıçıların yaradıcılığının tədqiqi təşkil edir", - Baxşaliyeva əlavə edib.

Müsabiqənin qalibləri 1-ci yer - Əzizəliyeva Bəsirə, 2-ci yer - Bayramova Lalə, 3-cü yer - Heybətov Heybət mükafatlandırılıb. Həmçinin digər 12 nəfərə həvəsləndirici mükafatlar təqdim edilib.

Komitənin sədri Hicran Hüseynovanın sözlərinə görə, Aidə xanımın ən vacib cəhəti odur ki, o, həmişə gənc alimlərə dəstək olub. Belə tədbirlərin keçirilməsində məqsədi gənc alimlərə belə bir şəxslərin rolu, onların tarixdə qoyduğu izləri barədə məlumat vermək, onları maarifləndirməkdir.

Tədbirin keçirilməsinə M.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı Filialının rektoru Nərgiz Paşayeva dəstək verib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti