...

Müsəlmanları birliyə səsləyən bütün təkliflərdən istifadə etməlidirlər – məşhur islam teoloqu

Cəmiyyət Materials 10 Oktyabr 2009 17:07 (UTC +04:00)
-Siz Əli Rəfsəncaninin cərəyanlar arasında olan ixtilafların aradan qaldırılması üçün Səudiyyə və İran alimlərinin daxil olduğu şiə və sünnü şurasının yaradılması çağırışını necə qiymətləndirirsiniz? Türkiyə kimi böyük və güclü müsəlman ölkəsinin bu şuranın yaradılmasında və fəaliyyət göstərməsində nə kimi köməyi ola bilər? -Biz siyasi, dini, ideoloji, sosial, həmçinin intellektual təşəbbüslər vasitəsilə islam cərəyanlarını yaxınlaşdırmağa çalışırıq. Bizim ətrafda gördüklərimiz və eşitdiklərimiz, islamı parçalamaq və müsəlman icmaları daxilində ixtilafları gücləndirmək cəhdlərinin olduğunu sübut edir. Ona görə də, müsəlmanların birliyinə səsləyən bütün təkliflərdən istifadə etmək faydalı olar. Bizə açıq dialoq aparmaq və daha çox görüşlər keçirmək lazımdır.
Müsəlmanları birliyə səsləyən bütün təkliflərdən istifadə etməlidirlər – məşhur islam teoloqu

Azərbaycan, Bakı, 10 oktyabr / Trend , müxbir Ü.Sadıqova/

Yaxın Şərq redaksiyasının məşhur müsəlman ilahiyyatçısı, teoloq Məhəmməd Hüseyn Fəzlullahla müsahibəsi

-Siz Əli Rəfsəncaninin cərəyanlar arasında olan ixtilafların aradan qaldırılması üçün Səudiyyə və İran alimlərinin daxil olduğu şiə və sünnü şurasının yaradılması çağırışını necə qiymətləndirirsiniz? Türkiyə kimi böyük və güclü müsəlman ölkəsinin bu şuranın yaradılmasında və fəaliyyət göstərməsində nə kimi köməyi ola bilər?

-Biz siyasi, dini, ideoloji, sosial, həmçinin intellektual təşəbbüslər vasitəsilə islam cərəyanlarını yaxınlaşdırmağa çalışırıq. Bizim ətrafda gördüklərimiz və eşitdiklərimiz, islamı parçalamaq və müsəlman icmaları daxilində ixtilafları gücləndirmək cəhdlərinin olduğunu sübut edir. Ona görə də, müsəlmanların birliyinə səsləyən bütün təkliflərdən istifadə etmək faydalı olar. Bizə açıq dialoq aparmaq və daha çox görüşlər keçirmək lazımdır.

Bu proses dövlətləri, xadimləri,partiyaları, qrupları əhatə etməlidir. O həmrəyliyi gücləndirməyə, ədavət və qətllərə son qoymağa çağırır.

Mən belə hesab edirəm ki, bu yaxınlıq inam yaradacaq və müsəlmanların bu və ya digər cərəyana aid olmasından asılı olmayaraq, onların əhəmiyyətini və rolunu artıracaq.

-Ərəb ölkələri və Mərkəzi Asiyada demokratiya problemini, müsəlman ölkələrinin ümumi demokratik problemlərinə aid etməmək nə dərəcədə düzgündür?

-Həqiqətən də bir çox Asiya ölkələrində və ərəb dünyasında həqiqi demokratiya yoxdur. Bu ölkələrdə demokratik diktatura mövcuddur. Əgər demokratiya varsa, o ya formaldır ya da təhrif olunmuş formadadır. Qərb ölkələrinin ideoloji və intellektual sistemi ilə təqdim olunan demokratiya Asiya ölkələrinin dəyərlərilə uyğun gəlmir. Səbəb budur ki, qərb ölkələri bu ideologiya ilə yaradılıblar.

Demokratiya da, qərb insanlarının siyasi və ictimai fikirlərinin ideoloji və intellektual prinsiplərinə əsaslanan bu sistemin bir hissəsidir. Ona görə də biz, (müsəlmanlar) əsl islama müraciət etməliyik. Biz müxtəlif fikirlər əsasında, xüsusilə də dini sosial həyatdan ayıran fikirlər əsasında formalaşan labirintdə azmamalı və ideoloji və humanitar dəyərlərə əsaslanaraq öz sistemimizi yaratmağa cəhd etməliyik. Müsəlmanlar islamın elmi prinsiplərinə əsaslanaraq onu anlamağa başlamalıdırlar və bu yeni dövrün başlanğıcı olacaq. Quran və Sünnədəki məsləhətlərin köməyilə bu preblem öz həqiqi həllini tapa bilər. Biz alimlərin tarixi və dini irsə qoyduqları töhfələrinə hörmət edirik. Lakin bizə öz istədiyimiz kimi düşünməyə heç nə mane olmur.

Eyni zamanda biz müsəlmanlar, islamı elmin müasir imkanları əsasında anlamağa çalışmalıyıq. Biz alimlərimizin göstərdikləri yolla gözübağlı şəkildə getməməliyik.

- Dini məsələ Livandakı siyasi vəziyyətə nə dərəcədə təsir edir? Livanın daxili problemlərini dini məşvərətlərlə həll etmək mümkündürmü?

Ola bilsin ki, dini və etnik tərkibinin müxtəlifliyinə görə Livan, siyasi və dini müdaxilənin müşahidə olunduğu ölkələrdən biridir. Beləliklə də, dini xadim siyasətçi olur, həmin siyasətçi də dini cərəyanı idarə edir. Hesab etmirəm ki, əgər ruhani mənəvi dəyərlərdən çıxış edərək siyasətlə məşğul olarsa, hər hansı bir problem yaranar. Çünki o, öz maraqlarına deyil, ümumi maraqlara xidmət edəcək. Siyasətçilərdən də bu tələb olunur. Ona görə də siyasət, dəyərlərin toqquşması nəticəsində yaranan hərəkat olmamalıdır.

-Siz islam demokratiyasının modeli kimi Türkiyənin dini və siyasi siyasətini necə qiymətləndirirsiniz?

- Türkiyədə olan islami qüvvələrin qabaqcıl siyasi mövqelərin tutulmasına yönəlmiş fəaliyyəti çox vacibdir. Amma ideoloji nöqteyi nəzərdən islam prinsipləri çərçivəsində fəaliyyət göstərmək üçün onlara (islam hərəkatlarına) təcrübə lazımdır.

-Avropa müsəlman icmalarının qərb ölkələrində islamın dəyərlərini düzgün təqdim etməmələri fikri nə dərəcədə doğrudur? Doğrudurmu ki, öz problemlərini Avropa cəmiyyətinə gətirərkən, müsəlmanlar qərbdə islam haqqında düzgün fikir formalaşdırmırlar?


-
Avropada bəzi müsəlmanlar doğru yolda deyillər və biz bu vəziyyəti düzəltmək üçün mümkün olan hər şeyi edirik. Həqiqi müsəlman ədalətli olmalıdır. Müsəlmanlar hökumətləri və xalqları səhv salmamalıdırlar. Ona görə ki, xalqlar öz hökumətlərindən (rəhbərliyindən) fərqli ola bilərlər. Biz qərb ölkələri vətəndaşlarının onların hökumətlərinin bəzi islam ölkələri ərazisində apardıqları təcavüzkar siyasət qərarına etiraz etdiklərini müşahidə etmişik.

Allah buyurub: " Allah sizə din yolunda sizinlə birlikdə vuruşmayan və sizi öz yerlərinizdən qovmayanlarla mehriban və ədalətli olmağı qadağan etməyib. Həqiqətən də Allah ədalətliləri sevir".
Mən hesab edirəm ki, müsəlmanlar öz dünya görüşlərini artırmaq üçün getdikləri ölkələrdə aktiv olmalıdırlar.

Onlar yaşadıqları ölkələrin qanun və qaydalarına əməl etməli və insanlarla münasibətdə ədaləti nümayiş etdirmək üçün bütün vasitələrdən istifadə etməlidirlər. Belə yanaşma ictimai fikrə təsir edə bilər. Müsəlman yalnız başqa dinlərin nümayəndələrini islama cəlb eləməyə can atmamalıdır. Bü məqsədə çatmaq üçün başqa insanlarla açıq münasibətdə olmaq lazımdır.

Müsəlmanın öz fikir və ideyalarını, həmçinin mənəvi dəyərlərini başqa insanlara çatdıra bilməsi üçün sübut etməlidir ki, onun tələbləri ilə bəşəriyyətin tələbləri bir-birinə uyğundur.Müsəlmanın getdiyi ölkənin adət-ənənələrinin müsəlman ənənələrindən fərqləndiyini bilməlidir. Bunun üçün də kifayət qədər intellektual və ideoloji biliklərə sahib olmalıdır. Biz mühacirlərdə bu məsələlərə mədəni və doğru münasibət formalaşdırmalıyıq. Bu bütün qorxuların aradan götürülməsinə kömək edəcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti