Azərbaycan, Bakı, 26 oktyabr / Trend , müxbir M.Əliyev/
Azərbaycan və İran arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında memorandum imzalanacaq, bu barədə bazar ertəsi Bakıda jurnalistlərə İran Prezidentinin məsləhətçisi Mehdi Mustafevi bildirib.
Onun sözlərinə əsasən, əməkdaşlıq kinomatoqrafiya, turizm, təsviri incəsənət sahələri üzrə nəzərdə tutulub.
İran Prezidentinin məsləhətçisinin Azərbaycana səfəri çərçivəsində iki ölkənin ali məktəbləri arasında tələbə və müəllim mübadiləsi məsələsinin müzakirəsi də planlaşdırılır.
İran Prezidentinin məsləhətçisi ilə görüş zamanı Azərbaycanın gənclər və idman nazirinin müavini İntiqam Babayev Azərbaycan və İran ilə qarşılıqlı tanışlıq məqsədilə gənclər üçün birgə müsabiqlərin keçirilməsini təklif edib.
Mustafevi söz verib ki, yaxın zamanda bu kimi müsabiqələrin təşkili üçün bütün səylərini göstərəcək.