...

Azərbaycanın qaydasız döyüş üzrə Avropa çempionatının gümüş mükafatçısı dələduzluqda ittiham olunur

Cəmiyyət Materials 27 Oktyabr 2009 16:27 (UTC +04:00)
Azərbaycanın qaydasız döyüş üzrə Avropa çempionatının gümüş mükafatçısı Azad Məmmədovun cinayət işi məhkəməsi başlayıb.

Azərbaycan, Bakı, 27 oktyabr / Trend , müxbir H.Bağırov/

Azərbaycanın qaydasız döyüş üzrə Avropa çempionatının gümüş mükafatçısı Azad Məmmədovun cinayət işi məhkəməsi başlayıb.

Məmmədov Cinayət Məcəlləsinin dələduzluq (178.3.2-ci) maddəsi ilə ittiham olunur.

Trend -un məlumatına görə, çərşənbə axşamı Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə keçirilən iclasda Məmmədov ifadə verib.

Elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyən Məmmədov zərərçəkmişlərin pullarını mənimsəmədiyini bildirib.

Məmmədov bu il aprelin 14-də Şəki rayonunun Qoxmuq kəndində Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin və Şəki rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Məmmədovun Qoxmuq kəndində yerləşən evində axtarış aparılan zaman evdən bir ədəd "Vinçester" tipli silah, bir ədəd "Tir" tüfəngi və qaz tapançası aşkar edilərək götürülüb.

Müəyyən edilib ki, Məmmədov Şəkilə Zeynalovanın 26 500, Gülnarə Yusifovanın 75 min və Sahibə Həsənovanın 22 min ABŞ dollarını alaraq mənimsəyib.

Məmmədov 1999-cu ildə Rusiyada keçirilmiş qaydasız döyüş üzrə Avropa çempionatının gümüş mükafatçısı olub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti