...

Dünya Azərbaycanlıları Konqresinin nümayəndəliyi Ukraynada qeydiyyatdan keçib

Cəmiyyət Materials 4 Noyabr 2009 13:54 (UTC +04:00)
Ukrayna Ədliyyə Nazirliyi Dünya Azərbaycanlıları Konqresinin (DAK) Ukrayna nümayəndəliyini qeydiyyyatdan keçirib. Bu barədə Trend News-a çərşənbə günü DAK-ın mətbuat xidmətindən bildirilib.
Dünya Azərbaycanlıları Konqresinin nümayəndəliyi Ukraynada qeydiyyatdan keçib

Azərbaycan, Bakı, 04 noyabr / Trend , müxbir M.Əliyev /

Ukrayna Ədliyyə Nazirliyi Dünya Azərbaycanlıları Konqresinin (DAK) Ukrayna nümayəndəliyini qeydiyyyatdan keçirib. Bu barədə Trend -a çərşənbə günü DAK-ın mətbuat xidmətindən bildirilib.

Bu il mayın 16-da Ukraynanın paytaxtı Kiyev şəhərində DAK-ın Ukrayna nümayəndəliyinin təsis konfransı keçirilib. Konfransın yekununda Ukraynada yaşayan və fəaliyyət göstərən soydaşımız Möhlət Yolçu oğlu Hüseynov yekdilliklə DAK-ın Ukrayna nümayəndəliyinin sədri seçilib.

DAK 1997-ci ildə ABŞ-da təsis edilib. Konqresin fəaliyyəti dünya azərbaycanlılarının hüquqlarının müdafiəsi və Cənubi Azərbaycanın müstəqilliyi uğrunda mübarizəyə istiqamətlənib. DAK-ın Şimali Azərbaycandan sədri Sabir Rüstəmxanlı, Cənubi Azərbaycandan isə Firudin Pərvizniyadır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti