...

Heydər Əliyev Fondu humanitar yardım çərçivəsində 10 süni böyrək hemodializ aparatını Səhiyyə Nazirliyinə təqdim edib

Cəmiyyət Materials 6 Noyabr 2009 19:03 (UTC +04:00)
Heydər Əliyev Fondu bu gün humanitar yardım çərçivəsində əldə etdiyi 10 süni böyrək hemodializ aparatını Səhiyyə Nazirliyinə təqdim edib. Bu barədə cümə günü Trend News-a Fonddan məlumat verilib.
Heydər Əliyev Fondu humanitar yardım çərçivəsində 10 süni böyrək hemodializ aparatını Səhiyyə Nazirliyinə təqdim edib

Azərbaycan, Bakı, 06 noyabr / Trend , müxbir M.Əliyev/

Heydər Əliyev Fondu bu gün humanitar yardım çərçivəsində əldə etdiyi 10 süni böyrək hemodializ aparatını Səhiyyə Nazirliyinə təqdim edib. Bu barədə cümə günü Trend -a Fonddan məlumat verilib.

Tibbi avadanlıq Almaniyanın "Fresenius Medical Care" şirkəti tərəfindən Heydər Əliyev Fonduna bağışlanan növbəti humanitar yardımdır. Beynəlxalq əməkdaşlığın əsası 2006-cı ildə qoyulub.

2006-cı ildə 200 min Avro dəyərində şirkətin bağışladığı və Heydər Əliyev Fondu tərəfindən ölkənin müvafiq səhiyyə ocaqlarına təqdim olunan 10 ədəd hemodializ aparatı xroniki böyrək çatışmazlığından əziyyət çəkən xəstələrin hemodializ müalicəsi üçün zəruri avadanlıq idi.

"Fresenius Medical Care" şirkəti 2007-ci ildə növbəti humanitar aksiya zamanı qan itkisinin qarşısını almağa və xəstənin müxtəlif virus infeksiyalarına yoluxma ehtimalını yox etməyə imkan verən 2 ədəd autoqemotransfusiya və 4 ədəd dərman preparatlarının dozalaşdırılmış ötürülməsini təmin edən aparat və 2008-ci ildə 10 ədəd hemodializ aparatı bağışlayıb. Fondun beynəlxalq əməkdaşlıq çərçivəsində əldə etdiyi bu tibbi avadanlıq artıq ölkənin müvafiq klinikalarında təqdim olunur.

Heydər Əliyev Fondu dünyanın digər bir sıra nüfuzlu tibb şirkətləri ilə səmərəli əməkdaşlıq edir. Bu əməkdaşlıq səhiyyə sahəsində layihələr həyata keçirməyə imkan yaradır. Almaniyanın "Storz"
şirkəti ilə əməkdaşlıq çərçivəsində Fonda bağışlanan və dəyəri 160 min Avro olan endoskopik avadanlıq urologiya sahəsində uğurla tətbiq olunur. 2004-cü ildən Danimarkanın "Novo-Nordisk" şirkəti ilə davam edən əməkdaşlıq ölkədə 14 yaşına qədər qeydə alınmış xəstələrin insulin və şpris-qələmlə təmin olunmasına imkan yaradır. Feansanın tanınmış farmasiya qrupu hesab edilən "Servyer" şirkətinin 2007-ci ildə humanitar yardım aksiyası 100 şəkərli diabetin birillik müalicəsini təmin edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti