...

Azərbaycan paytaxtında hakimiyyət nümayəndələrinə xəsarət yetirməkdə təqsirli bilinən şəxslərin məhkəməsi başlayıb

Cəmiyyət Materials 10 Noyabr 2009 16:41 (UTC +04:00)
Trend News-un məlumatına görə, bu gün Binəqədi rayon Məhkəməsində Mais Muxtarov, Elçin Həsənov, Qurban Xudiyev, Məhəmməd Loğmanov, Asif Abbasov və Ramal Kərimovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
Azərbaycan paytaxtında hakimiyyət nümayəndələrinə xəsarət yetirməkdə təqsirli bilinən şəxslərin məhkəməsi başlayıb

Azərbaycan, Bakı, 10 noyabr / Trend , müxbir H.Bağırov/

Azərbaycan paytaxtında Binəqədi rayonunun Xocahəsən bələdiyyəsinin ərazisində qanunsuz tikililərin sökülməsi zamanı hakimiyyət nümayəndələrinə xəsarət yetirməkdə təqsirli bilinən şəxslərin məhkəməsi başlayıb.

Trend -un məlumatına görə, bu gün Binəqədi rayon Məhkəməsində Mais Muxtarov, Elçin Həsənov, Qurban Xudiyev, Məhəmməd Loğmanov, Asif Abbasov və Ramal Kərimovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Məhkəmə baxışı noyabrın 16-na təyin edilib.

Bu il avqustun 5-də Binəqədi rayonunun Xocahəsən bələdiyyəsinin ərazisində ARDNŞ-nin balansında olan ərazilərdə qanunsuz tikililərin sökülməsi və zəbt olunmuş torpaq sahələrinin qaytarılması ilə əlaqədar həmin şirkətin əməkdaşları ilə birgə keçirilmiş tədbirlər zamanı bir qrup şəxs Neft Şirkətinin işçilərinə və polis əməkdaşlarına qarşı zor tətbiq edərək daş və digər əşyalarla onlara xəsarət yetiriblər.

Nəticədə ARDNŞ işçilərindən və polis əməkdaşlarından 20 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin mülkiyyət hüququnu pozma (188), müvafiq icazə almadan mühafizə zonalarında tikinti və ya quraşdırma işləri aparma (222-2.1) və hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə (315.2) maddələri ilə ittiham olunurlar.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti