...

Azərbaycanda yeni qadın müəssisəsinin tikintisi üçün yer ayrılıb - PX rəisi

Cəmiyyət Materials 25 Noyabr 2009 12:41 (UTC +04:00)
Azərbaycanda yeni qadın müəssisəsinin tikintisi üçün Bakı İstintaq Təcridxanasının yaxınlığında 7 hektara yaxın yer ayrılıb. Artıq yeni müəssisənin tikintisi üçün layihə-smeta sənədləri hazırlanır, Trend News-un məlumatına görə, bunu çərşənbə günü jurnalistlərə Penitensiar Xidmətin rəisi Nazim Ələkbərov deyib.
Azərbaycanda yeni qadın müəssisəsinin tikintisi üçün yer ayrılıb - PX rəisi

Azərbaycan, Bakı, 25 noyabr / Trend , müxbir M.Əliyev/

Azərbaycanda yeni qadın müəssisəsinin tikintisi üçün Bakı İstintaq Təcridxanasının yaxınlığında 7 hektara yaxın yer ayrılıb. Artıq yeni müəssisənin tikintisi üçün layihə-smeta sənədləri hazırlanır, Trend -un məlumatına görə, bunu çərşənbə günü jurnalistlərə Penitensiar Xidmətin rəisi Nazim Ələkbərov deyib.

"Bakı şəhərinin mərkəzində yerləşən cəzaçəkmə müəssisələrini regionlara köçürmək istəyirik. Həmin müəssisələr şəhərin mərkəzində öz funksiyalarını tam yerinə yetirə bilmirlər", - Trend -un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi Ələkbərov bildirib.

Ələkbərov bildirib ki, ilk növbədə qadınlar və yetkinlik yaşına çatmayanların saxlandıqları müəssisələrin köçürülməsi nəzərdə tutulub.

Bakı İstintaq Təcridxanasının bir hissəsinin maydan istifadə verildiyini deyən PX rəisi bildirib ki, ikinci hissənin bu ilin sonunda istifadəyə verilməsi gözlənilir.

"Bununla əlaqədar olaraq Şüvəlandakı 3 saylı İstintaq Təcridxanası bağlanacaq. Ondan sonra Şəkidə tikilməkdə olan qarışıq rejimli cəzaçəkmə müəssisəsi 2010-cu ilin ortalarında istifadəyə veriləcək. Bundan başqa, Şəkidə İstintaq Təcridxanasının inşası da nəzərdə tutulub", - o deyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti