...

Azərbaycanda qətldə təqsirli bilinən Gürcüstan vətəndaşının məhkəməsi başlayıb

Cəmiyyət Materials 9 Dekabr 2009 17:10 (UTC +04:00)

Azərbaycan, Bakı, 09 dekabr / Trend , müxbir H.Bağırov/

Azərbaycanda qəsdən adam öldürməkdə təqsirli bilinən Gürcüstan vətəndaşının məhkəməsi başlayıb.

Trend -un məlumatına görə, Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Ələkbər İsmayılovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Məhkəmə baxışı dekabrın 16-na təyin edilib.

Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin xuliqanlıq niyyəti ilə adam öldürmə (120.2.2) maddəsi ilə ittiham olunur.

Ələkbərov bu il avqustun 17-də Bakının Nizami rayonu ərazisində Kəngərli rayon sakini Zaur Hüseynovu bıçaqlayaraq qətlə yetirib. Ələkbərov Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsi və Nizami rayon Polis İdarəsinin 24-cü polis bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutulub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti