...

Day.Az "İlin ən yaxşı şirkəti" seçilib

Cəmiyyət Materials 22 Dekabr 2009 12:33 (UTC +04:00)
2009-cu il dekabrın 19-də "Gülüstan" sarayında cari ilin yekunları üzrə əhəmiyyətli uğurlara imza atmış şirkətlərin - "2009-cu ilin şirkətləri" Milli Mükafatı laureatlarının təntənəli mükafatlandırılması mərasimi keçirilib.
Day.Az "İlin ən yaxşı şirkəti" seçilib

2009-cu il dekabrın 19-də "Gülüstan" sarayında cari ilin yekunları üzrə əhəmiyyətli uğurlara imza atmış şirkətlərin - "2009-cu ilin şirkətləri" Milli Mükafatı laureatlarının təntənəli mükafatlandırılması mərasimi keçirilib.

"İlin Şirkəti" Milli Mükafatı  ölkənin 2009-cu ilin yekunlarına görəəhəmiyyətli uğurlar əldə etmiş 29 şirkətinə və brendlərinə təqdim olunub. Mükafatı alanlar arasında həm öz sahəsində əhəmiyyətli paya malik maliyyə təşkilatları, həm ölkə iqtisadiyyatının inkişafında önəmli rol oynayan yerli və xarici şirkətlər, həm də ölkənin biznes məkanına bu il daxil olmuş yeni iştirakçılar var.

Day.Az xəbər portalı "İlin İnformasiya portalı" mükafatına layiq görülüb.

"Biz qaliblərin seçimi zamanı əvvəlki illərin təcrübəsinə sadiq qalmışıq. Mükafat nəzərəçarpacaq artım əldə etmiş, işlədiyi sektorun flaqmanı olan şirkətlərə təqdim edilib. Onu da qeyd etmək istəyirəm ki, nominantların siyahısı ölkədə qeyri-neft sektorunun əhəmiyyətli dərəcədə artdığını bir daha nümayiş etdirir. Bu, Azərbaycanın doğru və tarazlaşdırılmış iqtisadi artımının daha bir təcəssümüdür", - "İlin Şirkəti" Milli Mükafatının Təşkilat Komitəsinin sədri İbrahim Baharov təqdimat mərasiminin açılışı zamanı bildirib.

"İlin şirkəti" Milli Mükafatı 2000-ci ildə iş adamları üçün dərc olunan nüfuzlu "Consulting&Business" jurnalı tərəfindən təsis edilib və hər ilin sonunda təqdim olunur.

Mükafatın təqdimetmə mərasiminin baş sponsoru Azercell Telecom şirkətidir.

Xəbər lenti

Xəbər lenti