...

Azərbaycanın Sumqayıt şəhərində gənclərə "Konfliktlərin həlli və effektiv ünsiyyət" mövzusunda təlim keçirilib

Cəmiyyət Materials 25 Dekabr 2009 17:17 (UTC +04:00)
Şəhər İcra Hakimiyyətindən Trend News-a verilən məlumata görə, dekabrın 19-24-də keçirilmiş təlim Avropa Gənclər Fondunun maliyyə dəstəyi ilə Gənc Avropa Federalistlərinin Azərbaycan nümayəndəliyi, şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilati dəstəyi ilə baş tutub.
Azərbaycanın Sumqayıt şəhərində gənclərə "Konfliktlərin həlli və effektiv ünsiyyət" mövzusunda təlim keçirilib

Azərbaycan, Bakı, 25 dekabr / Trend , müxbir K.Zərbalıyeva/

Azərbaycanın Sumqayıt şəhərində gənclərdən ibarət 25 nəfər iştirakçıya "Konfliktlərin həlli və effektiv ünsiyyət" mövzusunda təlim keçirilib.

Şəhər İcra Hakimiyyətindən Trend -a verilən məlumata görə, dekabrın 19-24-də keçirilmiş təlim Avropa Gənclər Fondunun maliyyə dəstəyi ilə Gənc Avropa Federalistlərinin Azərbaycan nümayəndəliyi, şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilati dəstəyi ilə baş tutub.

Təlimdə iştirakçılara interaktiv təlim metodu vasitəsilə münaqişə, onun növləri, münaqişələrin qızışması və söndürülməsi, effektiv ünsiyyətin prinsipləri, bacarıqları və münaqişələrin həll edilməsində effektiv ünsiyyət və danışıq aparmaq bacarıqlarının rolu haqqında məlumat verilib.

Təlimin son günündə iştirakçılar gələcək planlarla bağlı kiçik qruplarda müzakirələr aparıblar.

Müzakirələr əsasında çıxş edən Baş İdarənin aparıcı məsləhətçisi İ.Kərimov gənclərin şəbəkələşməsi və təşkilatlanmasında effektiv ünsiyyətin əhəmiyyətli olduğunu, iştirakçıların təlimdən əldə etdikləri bacarıqlardan həm gündəlik həyatda, həm də ictimai həyatda effektiv istifadə edəcəklərinə əmin olduğunu bildirib.

Təlimin sonunda iştirakçılara sertifikat təqdim edilib.

Xəbər lenti

Xəbər lenti