...

Türkiyənin TRT AVAZ telekanalında TREND BİA-nın erməni vandalizminə dair çəkdiyi sənədli film barədə danışılıb

Cəmiyyət Materials 19 Mart 2010 12:50 (UTC +04:00)
Türkiyənin TRT AVAZ telekanalının "Yeni Gün" verilişində TREND Beynəlxalq İnformasiya Agentliyinin erməni vandalizminə dair çəkdiyi "Sözün bitdiyi zaman" sənədli filmi barədə danışılıb.
Türkiyənin TRT AVAZ telekanalında TREND BİA-nın erməni vandalizminə dair çəkdiyi sənədli film barədə danışılıb

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 19 mart /Trend Nevs, müxbir K.Zərbalıyeva/

Türkiyənin TRT AVAZ telekanalının "Yeni Gün" verilişində TREND Beynəlxalq İnformasiya Agentliyinin erməni vandalizminə dair çəkdiyi "Sözün bitdiyi zaman" sənədli filmi barədə danışılıb.

Verilişə dəvət alan filmin ssenaristi, Trend Nevs-un direktor müavini Emil Hüseynli bildirib ki, erməni daşnakları tarixboyu Anadolu və Azərbaycan türklərinə qarşı soyqırım siyasəti yürüdüblər.

"Ötən əsrin əvvəllərindən başlayaraq, erməni daşnakları türk xalqlarına qarşı soyqırım siyasəti həyata keçirirlər. Təkcə 1918-1920-ci illərdə Azərbaycanın müxtəlif şəhərlərində yüz minlərlə azərbaycanlı qətlə yetirilib. Erməni daşnaklarının birbaşa iştirakı ilə Bakını işğal etmək istəyərkən Osmanlı Dövlətinin ordusu döyüşərək, düşmənlərə ciddi müqavimət göstərdi. Bütün bunlar filmdə əksini tapıb", - Hüseynli bildirib.

Hüseynli daha sonra ABŞ Konqresi və İsveç parlamentlərinin qondarma "erməni soyqırımı" ilə bağlı qəbul edilən sənədlərə də toxunub.

"Ermənilər ötən əsrin əvvəllərində və çox da keçmiş olmayan Xocalı soyqırımı törətdiyi halda, nədən beynəlxalq təşkilatlar, xarici parlamentlər susmalıdır? Ona görə də bu cür həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması önəmlidir. Məhz bu baxımdan TREND bu cür layihələr işləməklə dünyaya erməni vandalizmini çatdırmağı qarşısına məqsəd qoyub. Hesab edirəm, bu istiqamətdə Türkiyə və Azərbaycan diasporu və mediası birgə layihələr həyata keçirməlidir", - Hüseynli əlavə edib.

Onun sözlərinə görə, TREND BİA 15 illiyi çərçivəsində digər layihələri də ortaya qoyacağını planlaşdırır.

Daha sonra Hüseynli Novruz Bayramı münasibətilə Azərbaycan və bütün türk xalqlarıını təbrik edib və bildirib ki, BMT-nin bu il Novruz Bayramını rəsmən tanıması bu bayramın getdikcə əhəmiyyətindən xəbər verir.

"Arzu edirəm, gələn il Novruz Bayramı Azərbaycanın işğal altında olan Dağlıq Qarabağda da keçirilsin", - Hüseynli TRT AVAZ-ın "Yeni Gün" proqramında çıxışının sonunda deyib.

TRT AVAZ birgə Türkiyə telekanalı 27 ölkədə "TURKSAT 3a, 11.581 Mhz, 4444 Symbol rate, 3/4 Fec" tezliyində türk, Azərbaycan, qazax, özbək, qırğız və türkmən dillərində yayımlanır.

"Sözün bitdiyi zaman" sənədli filmi ermənilərin törətdikləri cinayətlərdən söhbət açır və Dağlıq Qarabağ münaqişəsinin reallıqlarını əks etdirir.

Filmin əsas süjet xətti uzun illər ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilən soyqırım siyasətinin tarixi xronologiyasına həsr olunub. Film erməni vandalizminin son mərhələsi olan Dağlıq Qarabağın işğalı zamanı ermənilər tərəfindən törədilən vəhşiliklərdən bəhs edir. Filmdə ermənilərin törətdikləri vəhşiliklərin şahidi olan adamların fikirləri yer alıb.

Ermənilərin sülh və insanlığa qarşı törətdikləri cinayətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılması üçün filmin rus və ingilis dillərində versiyası hazırlanıb.

Sənədli film Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun layihəsi çərçivəsində TREND BİA tərəfindən hazırlanıb.

Xəbər lenti

Xəbər lenti