...

Azərbaycanda keçiriləcək qılıncoynatma üzrə Dünya Çempionatında Ermənistan iştirak etməyəcək (FOTO)

Cəmiyyət Materials 30 Mart 2010 12:48 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 mart  / Trend , müxbir A.Hüseynbala/

Azərbaycan Qılıncoynatma Federasiyasının baş katibi deyib ki, çempionata hazırlıq yüksək səviyyədə görülüb və turnirdə Ermənistan komandası iştirak etməyəcək.

"Bakıda qılıncoynatma üzrə yeniyetmələr və gənclər arasında aprelin 2-dən 10-na qədər keçiriləcək Dünya Çempionatında 87 ölkənin 1565 idmançısının iştirak edəcəyi nəzərdə tutulur. Ermənistan turnirə qatılmayıb". - Çərşənbə axşamı Beynəlxalq Xəbərlər Şirkətində keçirilən mətbuat konfransında Azərbaycan Qılıncoynatma Federasiyasının baş katibi Ramin Məmmədov bildirib.

Məmmədovun sözlərinə görə, aprelin 1-də Bakıda Beynəlxalq Qılıncoynatma Federasiyası Baş Assambleyasının iclası da keçiriləcək.

"Federasiyanın icraçı-direktoru Natali Rodriges artıq Bakıdadır və Dünya Çempionatına hazırlıq prosesinə nəzarət edir. Federasiyanın digər rəhbərliyi də paytaxtımıza gələcək", - baş katib əlavə edib.

Onun fikrincə, çempionatın rəsmi açılışı apelin 2-də saat 18:00-da Heydər Əliyev adına İdman və Konsert Kompleksində olacaq. "İlk üç gündə yeniyetmələr yarışacaqlar. Sonrakı üç gündə yarışlar gənclər arasında keçiriləcək. Bundan sonra isə komandalar arasında yarışlar baş tutacaq", - Məmmədov vurğulayıb.

Baş katib deyib ki, Ermənistanın Dünya Çempionatında iştirak etməməsinin əsas səbəbi Beynəlxalq Qılıncoynatma Federasiyasında qeydiyyatdan keçməməsi ilə bağlıdır.

Xəbər lenti

Xəbər lenti