Azərbaycanda hər məcburi köçkünə ildə 720 dollar ayrılır – komitə sədri

Cəmiyyət Materials 9 Aprel 2010 13:12 (UTC +04:00)

Azərbaycan, Bakı, 09 aprel /Trend, müxbir /A.Hüseynbala/

Azərbaycanın Qaçqın və Məcburi Köçkünlərlə İş Üzrə Dövlət Komitəsinin sədri deyib ki, məcburi köçkünlər arasında yoxsulluğun həddi 74 faizdın 20-25 faizə qədər azalıb.

"Azərbaycan hökuməti hər bir məcburi köçkünün problemlərinin həlli üçün ildə 720 dollar vəsait sərf edir". Trend-in məlumatına görə, bunu cümə günü keçirdiyi mətbuat konfransında Qaçqın və Məcburi Köçkünlərlə İş Üzrə Dövlət Komitəsinin sədri, Baş nazirin müavini Əli Həsənov bildirib.

Həsənovun sözlərinə görə, bu məbləğ dünyada əh yüksək göstəricilərdən biridir.

"1993-2009-cu illərdə məcburi köçkünlərin bu və ya digər problemlərinin həlli məqsədilə 2,9 milyard dollar vəsait sərf olunub. Bunun 1,3 milyon dolları dövlət büdcəsindən ayrılıb. 800 milyon manat Dövlət Neft Fondunun hesabından verilib. 800 milyon manat isə beynəlxalq humanitar təşkilatların payına düşür", - komitə sədri əlavə edib.

Baş nazirin müavini deyib ki, hazırda məcburi köçkünlərin sosial problemlərinin həlli ilə Azərbaycanda fəaliyyət göstərən 60 beynəlxalq təşkilat məşğul olur. "Məcburi köçkünlərə bu və ya digər şəkildə yardım edən humanitar təşkilatların 40-ı isə yerli təşkilatlardır", - Həsənov vurğulayıb.

Xəbər lenti

Xəbər lenti