...

"Məzun-2010" əmək yarmarkasında univerisitet məzunlarına 700-dən çox iş yeri təklif olunub (FOTO)

Cəmiyyət Materials 21 May 2010 13:23 (UTC +04:00)
Azərbaycan İqtisad Universitetində cümə günü "Məzun-2010" beşinci respublika əmək yarmarkası keçirilib. Trend-in məlumatına görə, Gənclər və İdman Nazirliyinin texniki dəstəyi, Təhsil Nazirliyinin koordinasiyası ilə keçirilən yarmarkada 70-dən çox holdinq, şirkət, bank və dövlət qurumları 20-dən çox universitetin məzunlarına 700-dən çox iş yeri təklif edir.
"Məzun-2010" əmək yarmarkasında univerisitet məzunlarına 700-dən çox iş yeri təklif olunub (FOTO)

Azərbaycan, Bakı, 21 may /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan İqtisad Universitetində cümə günü "Məzun-2010" beşinci respublika əmək yarmarkası keçirilib. Trend-in məlumatına görə, Gənclər və İdman Nazirliyinin texniki dəstəyi, Təhsil Nazirliyinin koordinasiyası ilə keçirilən yarmarkada 70-dən çox holdinq, şirkət, bank və dövlət qurumları 20-dən çox universitetin məzunlarına 700-dən çox iş yeri təklif edir.

Yarmarkanın keçirilməsində məqsəd ali təhsil müəssisələrində təhsil alan, eləcə də məzun olmuş gənclərin məşğulluq probleminin həllinə köməklik göstərilməsidir.

2006-cı ildə işə götürənlər yalnız bank sektoru ilə təmsil olunmuşdursa, ADİU-nun 80 illik yubileyinə həsr olunmuş yarmarkada maliyyə, sənaye, turizm, xidmət, nəqliyyat, rabitə, səhiyyə, intellektual biznes və digər sahələrin şirkət və qurumları iştirak edirdi.

İşə götürənlər arasında Gürcüstan, Türkyə və Rusiyada fəaliyyət göstərən şirkətlər də iştirak edib. Türkiyənin ali təhsil ocaqlarında təhsilini bitirmək üzrə olan azərbaycanlı məzunlar CV-lərini Təşkilat Komitəsinə göndərib, komitə isə həmin CV-ləri yarmarkada iştirak edən şirkətlərə çatdırıb.

ADİU-da ənənə halı almış yarmarkalarda 2006-2009-cu illərdə 1 500-dən çox məzun daimi işlə, 1 000-ə yaxın məzun isə müqavilə əsasında işlə təmin olunmuşdu.

Yarmarkada iştirak edən təhsil naziri Misir Mərdanov deyib ki, tədbirin əsası ADİU-nun rəhbərliyi tərəfindən qoyulub. Nazir bildirib ki, yarmarkanın keçirilməsi son illlər Azərbaycanın təhsil sistemində baş verən ciddi yeniliklərdən biridir. Ali təhsilin təbliği baxımından, tədbirin əhəmiyyətli olduğunu vurğulayan nazir deyib ki, yarmarka iş axtaran məzunların təmin olunmasına imkan yaradır.
Bugünün tələbə və şagirdlərinin səviyyəsindən razı qalan nazir bildirib ki, tələbə və şagirdlərin səviyyəsi inkişaf edir.

Xəbər lenti

Xəbər lenti