...

Azərbaycanın Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədri BMT-nin tədbirində iştirak edəcək

Cəmiyyət Materials 25 May 2010 11:31 (UTC +04:00)
Azərbaycanın Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucovun başçılıq etdiyi Azərbaycan nümayəndə heyəti BMT-nin Sivilizasiyalararası Alyansının III Qlobal Forumunda iştirak etmək üçün Braziliyaya yola düşüb. Bu barədə çərşənbə axşamı Trend-ə qurumun mətbuat xidmətindən məlumat verilib.
Azərbaycanın Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədri BMT-nin tədbirində iştirak edəcək

Azərbaycan, Bakı, 25 may /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanın Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucovun başçılıq etdiyi Azərbaycan nümayəndə heyəti BMT-nin Sivilizasiyalararası Alyansının III Qlobal Forumunda iştirak etmək üçün Braziliyaya yola düşüb. Bu barədə çərşənbə axşamı Trend-ə qurumun mətbuat xidmətindən məlumat verilib.

May ayının 27-29-da Braziliyanın Rio-de-Janeyro şəhərində BMT-nin Sivilizasiyalararası Alyansının III Qlobal Forumu keçiriləcək.

Sivilizasiyalararası Alyansın ilk Forumu 2008-ci ilin yanvarında Madriddə, II Forumu isə 2009-cu ilin aprelində İstanbulda keçirilib. Növbəti - III Forum "Mədəniyyətlərarası körpü, sülh yaratmaq" mövzusuna həsr olunub. Tədbirdə BMT-nin Baş katibi Pan Ki Mun, Sivilizasiyalararası Alyansın ali nümayəndəsi X.Sampayo, Türkiyənin Baş naziri R.T.Ərdoğan, İspaniyanın Baş naziri X.Sapareto və digər yüksəksəviyyəli qonaqların iştirakı gözlənilir.

Forum çərçivəsində Sivilizasiyalararası Alyansın Dostlar Qrupunda "nazirlərin görüşü"nün keçirilməsi də planlaşdırılır.

Forumda Sivilizasiyalararası Alyansın müxtəlif regional strategiyalarına, mədəniyyətlərarası dialoq üzrə milli planların yenidən formalaşdırılmasına, eləcə də Madrid və İstanbul konfranslarında elan edilmiş layihələrin inkişafına dair müzakirələrin aparılması nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti