...

Azərbaycan Ədliyyə Nazirliyi müsabiqə elan edib

Cəmiyyət Materials 11 İyun 2010 14:28 (UTC +04:00)
Azərbaycan Ədliyyə Nazirliyi hədəf qruplarının (məcburi köçkünlər, qadınlar, milli azlıqlar, aşağı gəlirli ailələr, kiçik sahibkarlar) və ictimaiyyətin hüquqi informasiya ehtiyaclarının müəyyənləşdirilməsi və ehtiyacların təmin edilməsi üzrə strategiya hazırlanması üzrə müsabiqə elan edib.
Azərbaycan Ədliyyə Nazirliyi müsabiqə elan edib

Azərbaycan, Bakı, 11 iyun /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan Ədliyyə Nazirliyi hədəf qruplarının (məcburi köçkünlər, qadınlar, milli azlıqlar, aşağı gəlirli ailələr, kiçik sahibkarlar) və ictimaiyyətin hüquqi informasiya ehtiyaclarının müəyyənləşdirilməsi və ehtiyacların təmin edilməsi üzrə strategiya hazırlanması üzrə müsabiqə elan edib.

Şirkətlər aşağıdakı xidmətlərin göstərilməsi üçün müsabiqədə iştirak etmək məqsədilə müsabiqədə iştirak edə bilərlər.

Azərbaycanda, ən azı, 50 000 vətəndaş arasında sorğu keçirmək və onların hüquqi informasiya ehtiyaclarının müəyyənləşdirilməsi və təmin edilməsi üzrə strategiyanı hazırlamaq, insan hüquqlarının vəziyyətinə dair beynəlxalq təşkilatlar tərəfindən hazırlanmış hesabatlar ilə tanış olmaq, sorğu nəticələrinin təhlil və qiymətləndirilməsini aparmaq, qiymətləndirmə əsasında əhalinin hüquqi maariflənməsinin təmin edilməsi məqsədilə hüquq sahələrini müəyyən etmək.

Azərbaycan Hökuməti Beynəlxalq İnkişaf Assosiasiyasından "Ədliyyə sistemininm müasirləşdirilməsi" layihəsinin maliyyələşdirilməsi ilə əlaqədar olaraq kredit alıb.

Həmin kredit vəsaitlərinin bir hissəsinin hədəf qruplarının (məcburi köçkünlər, qadınlar, milli azlıqlar, aşağı gəlirli ailələr, kiçik sahibkarlıq) və ictimaiyyətin hüquqi informasiya ehtiyaclarının müəyyənləşdirilməsi və təmin edilməsi üzrə strategiyanın hazırlanmasına istifadəsi nəzərdə tutulur.

Maraq göstərən şirkətlər xidmətlərin göstərilməsi baxımından səriştəli olduqlarını sübut edən məlumatları təqdim etməlidirlər.

Xəbər lenti

Xəbər lenti