...

Azərbaycanlılar Kaxetidə müxtəliflik festivalında iştirak edəcəklər

Cəmiyyət Materials 7 Avqust 2010 14:30 (UTC +04:00)
Laqodex rayonunun Lelilian kəndində (Şərqi Gürcüstan) şənbə günü müxtəliflik festivalı keçiriləcək. Festivalda regionun etnik azlıqları iştirak edəcəklər.
Azərbaycanlılar Kaxetidə müxtəliflik festivalında iştirak edəcəklər

Gürcüstan, Tbilisi, 7 avqust /Trend, müxbir N.Kirsxaliya/

Laqodex rayonunun Lelilian kəndində (Şərqi Gürcüstan) şənbə günü müxtəliflik festivalı keçiriləcək. Festivalda regionun etnik azlıqları iştirak edəcəklər.

Festivalın təşəbbüskarı "Leli-1" təşkilatıdır. Bu barədə Trend-ə Kaxeti regionunun mətbuat xidmətindən məlumat veriblər. Bayram tədbirləri burada yaşayan etnik qruplar arasında dostluğun möhkəmlənməsi üçün keçirilir.

Festivalda Lqodex və Kvarelsk rayonlarında yaşayan etnik osetinlər, azərbaycanlılar, ləzgilər və udinlər iştirak edəcəklər. Festival çərçivəsində onlar öz mədəniyyətləri, ənənələri və folklorları haqda fotosərgi təqdim edəcəklər.

Azərbaycanlılar Kaxetidə yaşayan ən böyük milli qruplardan biridir. Onlar yerli cəmiyyətə, demək olar, tam inteqrasiya ediliblər və gürcü dilini yaxşı bilirlər.

Festival iştirakçıları milli mahnı və rəqsləri ifa edəcəklər. Onlar qonaqları milli mətbəxlərinin yeməklərinə də qonaq edəcəklər.

Oxşar festival ötən il Kvarel rayonunun Tiva kəndində keçirilib.

Xəbər lenti

Xəbər lenti