Azərbaycan, Bakı, 7 avqust/Trend, müxbir M.Əliyev/
Qafqaz Müsəlmanları Ruhani İdarəsinin rəhbəri Hacı Allahşükür Paşazadə Çeçenistan müftisinin seçilməsində və Qafqaz Üləmaları Şurasının seçkilərində iştirak edəcək.
"Avqustun 10-da Çeçenistanın müftisinin seçilməsi ilə bağlı məclisin keçiriləcəyi Qroznı şəhərinə səfər olacaq. Çeçenistanın paytaxtında Qafqaz Üləmaları Şurasının seçkiləri də keçiriləcək", - Qafqaz müsəlmanlarının şeyxi bildirib.