...

Azərbaycan kanoeçiləri dünya çempionatının əsas finalına vəsiqə qazanıblar

Cəmiyyət Materials 19 Avqust 2010 15:55 (UTC +04:00)
Azərbaycan kanoeçilərindən ibarət Sergey Bezuqlı və Maksim Prokopenko dueti cümə axşamı Polşanın Poznan şəhərində start götürən dünya çempionatına ikinəfərlik qayıqda (C-2) 1 000 metr məsafəyə yürüşdə 1-ci yeri tutub.
Azərbaycan kanoeçiləri dünya çempionatının əsas finalına vəsiqə qazanıblar

Azərbaycan, Bakı, 19 avqust /Trend, müxbir M. Əliyev/

Azərbaycan kanoeçilərindən ibarət Sergey BezuqlıMaksim Prokopenko dueti cümə axşamı Polşanın Poznan şəhərində start götürən dünya çempionatına ikinəfərlik qayıqda (C-2) 1 000 metr məsafəyə yürüşdə 1-ci yeri tutub. Bu barədə Trend-ə Azərbaycan Milli Avarçəkmə Federasiyasının mətbuat xidmətindən bildiriblər.

Bezuqlı-Prokopenko dueti məsafəni 3 dəqiqə 34 saniyə 98 mikrosaniyəyə qət edərək, Latviya, Çexiya, Kanada, Macarıstan, Böyük Britaniya, Çili və Vyetnamdan olan rəqiblərini qabaqlayıblar. Bununla da kanoeçi duetimiz yarımfinalda iştirak etmədən, birbaşa avqustun 21-də keçiriləcək əsas finala vəsiqə qazanıb.

Xəbər lenti

Xəbər lenti