...

Azərbaycanda nüvə reaktorunun tətbiqi üzrə kadrlar hazırlanıb

Cəmiyyət Materials 8 Sentyabr 2010 12:49 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Radiasiya Problemləri İnstitutu Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (MAQATE) ilə birgə nüvə reaktorunun tətbiqi üzrə kadrlar hazırlayıb.
Azərbaycanda nüvə reaktorunun tətbiqi üzrə kadrlar hazırlanıb

Azərbaycan, Bakı, 8 sentyabr /Trend, müxbir M. Əliyev/

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Radiasiya Problemləri İnstitutu Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (MAQATE) ilə birgə nüvə reaktorunun tətbiqi üzrə kadrlar hazırlayıb. Bu barədə Trend-ə AMEA Radiasiya Problemləri İnstitutunun direktoru Adil Qəribov bildirib.

"Radiasiya Problemləri İnstitutu MAQATE ilə birgə Azərbaycanda tədqiqat nüvə reaktorunun əsaslandırılması üzrə layihə aparır və artıq 15 nəfərə yaxın gənc layihə çərçivəsində bu sahə üzrə hazırlanıb", - Qəribov bildirib.

Onun sözlərinə görə, altı azərbaycanlı mütəxəssis xarici ölkələrdə bu sahə üzrə təhsil alıb, ümumi 15 nəfərə yaxın gənc isə tam yeni bir elm sahəsi - nüvə reaktorları fizikası sahəsində araşdırmalarla tanış olub.

"Hazırda beş azərbaycanlı gənc Rusiyanın elm şəhərciyi olan Dubnada işləyir", - Qəribov bildirib.

Onun sözlərinə görə, AMEA-nın MAQATE ilə həyata keçirdiyi layihənin sonunda birgə hesabat hazırlanacaq və Azərbaycan dövlətinin bu sahəni əməli cəhətdən inkişaf etdirmək barədə istəyi olarsa, hazırlanan kadr bazasından istifadə ediləcək.

Xəbər lenti

Xəbər lenti