...

Azərbaycanda 32 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün sənəd qəbulu başa çatıb

Cəmiyyət Materials 1 Oktyabr 2010 14:05 (UTC +04:00)
Azərbaycanda 32 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün elan olunmuş sənəd qəbulu başa çatıb.
Azərbaycanda 32 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün sənəd qəbulu başa çatıb

Azərbaycan, Bakı, 1 oktyabr /Trend, K. Zərbalıyeva/

Azərbaycanda 32 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün elan olunmuş sənəd qəbulu başa çatıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın mətbuat xidmətindən cümə günü Trend-ə verilən məlumata görə, sentyabrın 1-dən 5 dövlət orqanı üzrə müsabiqəyə çıxarılmış 32 vakant vəzifənin tutulması üçün 631nəfər sənəd verib.

Müsabiqəyə çıxarılan vakant vəzifələrdən 22-si inzibati vəzifələrin altıncı təsnifatına, 9-u inzibati vəzifələrin yeddinci təsnifatına, 1-i isə inzibati vəzifələrin doqquzuncu təsnifatına aiddir.

Qeydə alınan namizədlərdən 411-i inzibati vəzifələrin altıncı, 191-i inzibati vəzifələrin yeddinci, 29-u isə inzibati vəzifələrin doqquzuncu təsnifatına aid olan vəzifələrə iddia edir.

Statistik göstəricilərə görə ən çox namizəd Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (19 yerə qarşı 351 namizəd), Sənaye və Energetika Nazirliyi (10 yerə qarşı 192 namizəd) üzrə qeydə alınıb. Bu iki dövlət orqanı üzrə qeydə alınmış namizədlərin xüsusi çəkisi bütün namizədlərin 86,05%-ni təşkil edir.

Xəbər lenti

Xəbər lenti