...

İranda Şəhriyarın həyatından bəhs edən disk satışa çıxarılıb

Cəmiyyət Materials 1 Oktyabr 2010 17:57 (UTC +04:00)
İranın "Mahur" nəşriyyatı Məhəmmədhüseyn Şəhriyarın həyatından bəhs edən diski satışa çıxarıb.
İranda Şəhriyarın həyatından bəhs edən disk satışa çıxarılıb

Azərbaycan, Bakı, 1 oktyabr /Trend/

İranın "Mahur" nəşriyyatı Məhəmmədhüseyn Şəhriyarın həyatından bəhs edən diski satışa çıxarıb. Bu barədə Trend İranın IRINN xəbər kanalının rəsmi saytına istinadən məlumat verir.

Diskdə İranın tanınmış xanəndələrindən olan Əbülhəsən İqbal Azərin ifasında Şəhriyarın yaradıcılığından bəhs edən və onun şeirlərinə yazılmış musiqilər yer alıb.

2002-ci il sentyabr ayından Məhəmmədhüseyn Şəhriyarın vəfat etdiyi gün - 18 sentyabr tarixi İran milli şeir və ədəbiyyat günü kimi qeyd olunur. Bu münasibətlə İranın müxtəlif şəhər və rayonlarında Məhəmmədhüseyn Şəhriyarın xatirəsi anılır.

Seyid Məhəmmədhüseyn Behcət Təbrizi daha çox "Şəhriyar" təxəllüsü ilə tanınan böyük Azərbaycan və İran şairidir. Şeirlərini Azərbaycan və fars dillərində yazıb. Şəhriyar 1906-cı ildə Təbriz yaxınlığındakı Xoşginab kəndində anadan olub. O, ibtidai və orta məktəbləri Təbrizdə başa vurub, məşhur "Talibiyyə" ruhani mədrəsəsində isə görkəmli müəllimlərdən ərəb dili və ədəbiyyat dərsləri alıb. İlk şeiri Təbrizdəki "Məhəmmədiyyə" orta məktəbinin buraxdığı "Ədəb" adlı jurnalda dərc olunub. Şəhriyarın ilk şeir kitabı 1931-ci ildə Tehranda üç böyük şair və alimin - Məliküşşüəra Baharın, Səid Nəfisinin və Pəjman Bəxtiyarinin müqəddimələri ilə nəşr edilib. Milli ədəbiyyatın, mədəniyyətin qorunması və inkişafı uğrunda fədakarlıqla çalışan vətənpərvərlərin səyi ilə "Heydərbabaya salam" əsəri 1954-cü ilin mart ayında Təbrizdə nəşr olunub. Həmin nəşrə müqəddimə yazmış alimlər - Mehdi Rövşənzəmir və Əbdüləli Karəng onu yüksək dəyərləndirib; haqlı olaraq bu poemanın dünya ədəbiyyatının bir sıra nadir əsərləri ilə eyni səviyyədə dayandığını deyiblər.

Xəbər lenti

Xəbər lenti