...

Azərbaycanda Beynəlxalq Təhsil sərgisində 15 ölkədən 96 təşkilat iştirak edəcək - nazir

Cəmiyyət Materials 6 Oktyabr 2010 19:15 (UTC +04:00)
Azərbaycan Beynəlxalq "Təhsil və Karyera" sərgisində 15 ölkədən 96 təşkilat iştirak edəcək. Bu barədə çərşənbə günü Trend Beynəlxalq İnformasiya Agentliyinin Mətbuat Mərkəzində jurnalistlərə təhsil naziri Misir Mərdanov sərginin açılışı ilə bağlı keçirilən mətbuat konfransında deyib.
Azərbaycanda Beynəlxalq Təhsil sərgisində 15 ölkədən 96 təşkilat iştirak edəcək - nazir

Azərbaycan, Bakı, 6 oktyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycan Beynəlxalq "Təhsil və Karyera" sərgisində 15 ölkədən 96 təşkilat iştirak edəcək. Bu barədə çərşənbə günü Trend Beynəlxalq İnformasiya Agentliyinin Mətbuat Mərkəzində jurnalistlərə təhsil naziri Misir Mərdanov sərginin açılışı ilə bağlı keçirilən mətbuat konfransında deyib.

"Təhsil sərgisi Azərbaycan təhsilinin dünyada təbliği üçün şərait yaradacaq. Biz ildən-ilə bu sərginin coğrafiyasını genişləndirməliyik", - nazir vurğulayıb.

Azərbaycanın IV Beynəlxalq "Təhsil və Karyera" sərgisi oktyabrın 7-9-da "Expo" sərgi mərkəzində keçiriləcək.

"Bu il sərgi iştirakçılarının sayı ötən illə müqayisədə iki dəfə artıb", - mətbuat konfransında sərginin təşkilatçısı "Iteca Caspian" şirkətinin nümayəndəsi Xəyalə Əliyeva deyib. "Azərbaycanda təhsil sərgisində ilk dəfə olaraq İKT və mühəndislik ixtisasları üzrə təhsil təklif edən Koreya ali məktəbləri də iştirak edəcək", - Əliyeva qeyd edib.

Xəbər lenti

Xəbər lenti