...

Azərbaycanda jurnalistlər üçün pulsuz müayinə təşkil olunub (FOTO)

Cəmiyyət Materials 6 Oktyabr 2010 19:02 (UTC +04:00)
Bu gün saat 11:00-dan başlayaraq "Elmlər Akademiyası" metrostansiyasının yanında Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının təşəbbüsü ilə bütün jurnalistlər üçün pulsuz müayinə təşkil edilib.
Azərbaycanda jurnalistlər üçün pulsuz müayinə təşkil olunub (FOTO)

Azərbaycan, Bakı, 6 oktyabr /Trend/

Bu gün saat 11:00-dan başlayaraq "Elmlər Akademiyası" metrostansiyasının yanında Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının təşəbbüsü ilə bütün jurnalistlər üçün pulsuz müayinə təşkil edilib. Bu barədə Assosiasiyanın məlumatında deyilir.

Kampaniyanın təşkilatçıları Türkiyədə fəaliyyət göstərən "Viral Hepatitlə Savaşım Dərnəyi", "Lider Qadınlar" İctimai Birliyi, Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasıdır. "Viral Hepatitlə Savaşım Dərnəyi"nin başqanı, Ankara Tibb Universitetinin infeksion xəstəliklər kafedrasının müdiri, professor İsmayıl Balıkın başçılığı ilə səyyar laboratoriyada pulsuz muayinə təşkil edilib.

Müayinə olunan 20-yə yaxın jurnalist arasında hepatitə yoluxan aşkar olunmayıb.

Ümumilikdə analizlərin cavablarına nəzər saldıqda aydın olub ki, xəstəlik çox gəncləşib. 25-26 yaşında gənclərin bu xəstəliyə yoluxması faktı aşkarlanıb.

Kampaniya oktyabrın 20-dək davam edəcək. Oktyabrın 10-dək Bakıda olacaq səyyar laboratoriya sonra regiona gedəcək.

Məqsəd insanların pulsuz müayinəsini təşkil etmək və əhalinin bu xəstəliklərlə bağlı məlumatlandırmaqdır.

Xəbər lenti

Xəbər lenti