...

Azərbaycanlıların məskunlaşdığı Marneulidə Gənclər Mərkəzi açılıb

Cəmiyyət Materials 9 Dekabr 2010 13:09 (UTC +04:00)
Gürcüstanın azərbaycanlıların məskunlaşdığı Marneuli şəhərində (Kvemo Kartli regionu, Şərqi Gürcüstan) Regional Gənclər Mərkəzi açılıb.
Azərbaycanlıların məskunlaşdığı Marneulidə Gənclər Mərkəzi açılıb

Gürcüstan, Tbilisi, 9 dekabr /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstanın azərbaycanlıların məskunlaşdığı Marneuli şəhərində (Kvemo Kartli regionu, Şərqi Gürcüstan) Regional Gənclər Mərkəzi açılıb. Mərkəz kompüterlərlə təchiz olunub və özündə yeniyetmələrin biznesə girişi öyrənəcəkləri və xarici dillərə yiyələnəcəkləri iş və təhsil studiyalarını birləşdirir.

Bu,"Gənclərin inkişafı və cəlb edilməsi" layihəsi çərçivəsində yaradılacaq səkkiz mərkəzdən birincisidir. Bütünlükdə layihənin dəyəri 1 milyon 216 min dollardır. Bu vəsaiti Dünya Bankı Gürcüstanın Gənclər və İdman Nazirliyi yanında Milli Uşaq və Gənclər Agentliyinə mükafat qismində təqdim edib.

Gənclərin dəstəklənməsi üçün Yaponiya hökuməti Dünya Bankına pul köçürüb.

Qeyri-rəsmi məlumatlara əsasən, Gürcüstanda 500 minə yaxın azərbaycanlı yaşayır.

Xəbər lenti

Xəbər lenti