Azərbaycan, Bakı, 13 dekabr /Trend, müxbir K.Zərbalıyeva/
Daxili İşlər Nazirliyi külli miqdarda narkotik satan şəxsi saxlayıb.
DİN-in mətbuat xidmətinin bazar ertəsi yaydığı məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Saatlı rayon sakini Hafiz Babayev 3 kiloqram 240 qram marixuananı satarkən tutulub.
Babayevin evinə baxış keçirilib, oradan 110 qram marixuana aşkar edilərək götürülüb. Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.