...

Azərbaycan Ombudsman təsisatı Beynəlxalq Ombudsmanlar İnstitutuna institusional üzv qəbul edilib

Cəmiyyət Materials 22 Dekabr 2010 12:25 (UTC +04:00)
Azərbaycan ombudsmanı həmin quruma institusional üzvlüklə bağlı müraciət edib. İnsan hüquqlarının müdafiəsi və təmini sahəsində çoxşaxəli fəaliyyəti, innovativ təşəbbüsləri nəzərə alınaraq, Azərbaycan Ombudsman təsisatının müraciətinə müsbət cavab verilib.
Azərbaycan Ombudsman təsisatı Beynəlxalq Ombudsmanlar İnstitutuna institusional üzv qəbul edilib

Azərbaycan, Bakı, 22 dekabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan Ombudsman təsisatı Beynəlxalq Ombudsmanlar İnstitutuna institusional üzv kimi qəbul olunub. Bu barədə Trend-ə çərşənbə günü Ombudsman Aparatının mətbuat xidməti məlumat verib.

Məlumatda bildirilir ki, Azərbaycan ombudsmanı həmin quruma institusional üzvlüklə bağlı müraciət edib. İnsan hüquqlarının müdafiəsi və təmini sahəsində çoxşaxəli fəaliyyəti, innovativ təşəbbüsləri nəzərə alınaraq, Azərbaycan Ombudsman təsisatının müraciətinə müsbət cavab verilib.

Bu, Azərbaycan ombudsmanına Beynəlxalq Ombudsmanlar ailəsinin bərabərhüquqlu üzvü kimi, yenə də Milli İnsan hüquqları təsisatlarının mötəbər toplantılarında, konfranslarda iştirak etmək, insan hüquqlarının müxtəlif aspektləri üzrə əldə olunmuş nailiyyətləri paylaşmaq, fəaliyyət dövrü ərzində qazanılmış təcrübəni beynəlxalq treninq və seminarlarda ekspert qismində çıxış edərək həmkarları ilə böluşmək, eyni zamanda onların təcrübəsindən faydalanmaq imkanı verəcək.

Azərbaycan Ombudsmanı 2003-cü ildən Avropa Ombudsmanlar İnstitutu və Asiya Ombudsmanlar Assosiasiyasının, həmçinin Beynəlxalq Ombudsmanlar İnstitutunun üzvü seçilib.

Xəbər lenti

Xəbər lenti