...

Türkiyə Olimpiya Oyunlarına ev sahibliyi etmək istəyir

Cəmiyyət Materials 23 Dekabr 2010 13:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 dekabr /Trend, müxbir M.Əliyev/

Türkiyənin qarşısında duran ən mühüm məsələ İstanbulda Olimpiya Oyunlarını keçirməkdir, Trend-in məlumatına görə, bunu cümə axşamı Bakıda Türkiyə Respublikasının gənclər və idman direktoru Yunus Akgül Azərbaycanın gənclər və idman naziri Azad Rəhimovla görüşündə deyib.

"Bu gün bizim qarşımızda duran ən mühüm məsələ İstanbulda Olimpiya Oyunlarının keçirilməsidir. Məhz bu səbəbdən ölkəmizdə dünya, avropa çempionatlarının yüksək səviyyədə keçirməyə çalışırıq", - Akgül deyib.

Türkiyə Respublikasının gənclər və idman direktoru bu gün Türkiyədə idmana çox böyük diqqət ayrıldığını, artıq bu ölkənin bir sıra mühüm idman yarışlarına ev sahibliyi etdiyini bildirib.

Akgül Azərbaycan idmanında gedən inkişafdan xəbərdar olduğunu və istər idman, istərsə də gənclər sahəsində irəli sürülən fikirlərin önəm daşıdığını qeyd edib.

Xəbər lenti

Xəbər lenti